1945-ci ilin dekabrında, İkinci Dünya müharibəsindən dərhal sonra, qlobal iqtisadi sabitliyin bərpası və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin göstərilməsi məqsədilə 28 dövlətin iştirakı ilə Dünya Bankı təsis olundu.
"Tehsil365" xəbər verir ki, Dünya Bankı Vaşinqtonda keçirilən Bretton Vuds konfransının nəticəsi olaraq yaradılıb. Təşkilatın əsas məqsədi müharibədən zərər çəkmiş ölkələrə maliyyə yardımı göstərmək və uzunmüddətli iqtisadi inkişafı dəstəkləmək idi.
Bu beynəlxalq maliyyə qurumu zamanla genişlənərək təkcə kreditləşmə deyil, həm də infrastrukturun inkişafı, yoxsulluğun azaldılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən qlobal təşkilata çevrilmişdir.
Hazırda Dünya Bankı qrupuna 5 əsas qurum daxildir və 180-dən çox üzv dövləti əhatə edir. 1945-ci ildə atılan bu addım qlobal iqtisadi sistemin formalaşmasında mühüm rol oynamışdır.

