Zaqatala Çökəkoba kənd tam orta məktəbində daxili nizam-intizam qaydalarına əməl edən, məktəbdaxili tədbirlərdə fəallıq göstərən və akademik göstəriciləri ilə seçilən şagirdlər məktəb rəhbərliyi tərəfindən “yaşıl kart”la təltif olunublar.
"Tehsil365" xəbər verir ki, Bu təşəbbüs şagirdlər arasında məsuliyyət hissinin, nizam-intizamın və dərsə marağın artırılmasına xidmət edir. “Yaşıl kart”la mükafatlandırılan şagirdlər həm dərsdəki uğurları, həm də məktəbin ictimai həyatında fəal iştirakı ilə fərqləniblər.
Məktəb rəhbərliyi fərqlənən hər bir şagirdi təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb. Bu cür stimullaşdırıcı addımların davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

