Zaqatala Çökəkoba kənd tam orta məktəbində III sinif şagirdləri ilə Həyat bilgisi fənni üzrə monitorinq dərsi təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərsin mövzusu "Xəstəlik və sağlamlıq" olub.
Dərs zamanı şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb, sağlam həyat tərzi, gigiyena qaydaları və xəstəliklərdən qorunma yolları haqqında ətraflı məlumat verilib. Şagirdlər dərsdə fəal iştirak edib, fikirlərini sərbəst şəkildə ifadə ediblər.
Monitorinqin məqsədi şagirdlərin mövzu üzrə bilik və bacarıqlarını qiymətləndirmək və onların tədris prosesində fəallığını artırmaq olub.

