31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Qax rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində silsilə idman tədbirləri təşkil olunub.
"Tehsil365" xəbər verir ki, 18-26 dekabr 2025-ci il tarixlərində şahmat, 24-26 dekabr tarixlərində isə stolüstü tennis üzrə məktəb birincilikləri keçirilib.
Yarışlarda məktəbin müxtəlif yaş qruplarından olan şagirdləri iştirak edərək idman bacarıqlarını və sağlam rəqabət ruhunu nümayiş etdiriblər. Şagirdlər arasında maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qalib gələn iştirakçılar diplom və medallarla təltif olunublar.
Məktəb rəhbərliyi bütün iştirakçıları təbrik edir, gələcək idman fəaliyyətlərində uğurlar arzulayır. Belə tədbirlər şagirdlərdə həm sağlam həyat tərzinə marağın artırılmasına, həm də vətənpərvərlik və həmrəylik ruhunun aşılanmasına xidmət edir.

