26 dekabr 2025-ci il tarixində Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində fənn birləşmə xətti üzrə açıq dərslər təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Açıq dərslər III sinifdə Riyaziyyat, V sinifdə Fiziki tərbiyə və VII sinifdə İnformatika fənləri üzrə keçirilib.
Dərslərdə şagirdlərin mövzu üzrə bilik və bacarıqları yoxlanılıb, fəallıq nümayiş etdirilib. Müasir təlim metodlarına əsaslanan dərs prosesində şagirdlərin iştirakı, qrup işi və təqdimatlar diqqət çəkib.
Açıq dərslərin məqsədi fənn kurikulumlarının tətbiqini, müəllimlərin peşəkar təcrübə mübadiləsini və şagird nailiyyətlərinin artırılmasını təmin etmək olub. Tədbir məktəb rəhbərliyi və müəllim kollektivi tərəfindən yüksək qiymətləndirilib.

