26 dekabr 2025-ci il tarixində Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində IV və XI siniflərdə növbəti monitorinq qiymətləndirməsi aparılıb.
"Tehsil365" xəbər verir ki, Monitorinqin məqsədi şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların səviyyəsini müəyyənləşdirmək, mövzu üzrə mənimsəmə dərəcəsini təhlil etmək və qarşıdakı qiymətləndirmələrə hazırlıq səviyyəsini ölçmək olub.
Qiymətləndirmə prosesi müəllimlərin nəzarəti altında şəffaf şəkildə təşkil olunub. Nəticələr əsasında hər bir sinif üzrə təhlillər aparılacaq, şagirdlərin çatışmazlıqlarının aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.

