28 noyabr 2025-ci il tarixində Əliabad İki Nömrəli tam orta məktəbdə "Tanınmış şəxsiyyətlər" çərçivəsində məktəbin kitabxanaçısı Məmmədova Məhbubə tərəfindən görkəmli şair Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş poeziya dəqiqələri təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbir zamanı şagirdlər şairin müxtəlif mövzularda yazdığı şeirləri səsləndiriblər, onun milli ruhda yazdığı əsərləri haqqında maraqlı məlumatlar verilib. Poeziya dəqiqələri şagirdlərin ədəbi-bədii zövqünün formalaşmasına və klassik ədəbiyyata maraqlarının artırılmasına xidmət edib. Tədbir səmimi və ədəbi ruhda keçib.

