Təhsil 365 - Logo Mobile

NDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

10227.12.2025 - 12:00
NDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

“Tehsil365” xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar, tələbələr və qonaqlar iştirak ediblər.

Tədbir öncəsi foyedə universitet əməkdaşlarının fəaliyyətini əks etdirən, süni intellekt texnologiyaları əsasında hazırlanmış karikatura sərgisinə baxış keçirilib.

Bayram tədbiri Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitet kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Rektor milli birlik və həmrəyliyin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsində ali təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edib. Elbrus İsayev bildirib ki, 2025-ci il Naxçıvan Dövlət Universiteti üçün mühüm nailiyyətlərlə yadda qalıb. Universitet il ərzində elm, təhsil və mədəniyyət sahələrində əldə etdiyi uğurlarla həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Rektor bu uğurların müəllim və tələbə kollektivinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayaraq hər kəsə təşəkkür edib və yeni ildə universitet kollektivinə uğurlar arzulayıb.

Sonra Naxçıvan Dövlət Universitetinin 2025-ci ildəki uğurlarını və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Bayram proqramı çərçivəsində Türk dünyasında Yeni ilin simvolu sayılan Ayaz Ata və Qarlı qızın iştirakı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov kollektivə bayram təbriklərini çatdırıb, universitetdə sağlam iş mühitinin yaradılması və əməkdaşların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd edib.

Bayram proqramı NDU-nun Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin təqdim etdiyi Yeni il fləş-mobu ilə davam edib.

Sonra NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbinin I və II sinif şagirdlərindən ibarət yeni yaradılmış “Singing Stars” adlı xor kollektivi çıxış edib.

Universitetin professor-müəllim heyətinin nümayəndələri kollektivin bayramını təbrik edib, Naxçıvan Dövlət Universitetinin əldə etdiyi uğurlardan danışıblar.

Tədbirin bədii hissəsi universitetin “Gənclik” instrumental ansamblının ifaları, tələbə-teatr studiyasının pantomim tamaşası, fakültə dekanlarının qarşılıqlı təbrikləri və Yeni il hədiyyələrinin təqdimatı ilə davam edib. “NDU KVN” komandasının çıxışı, İncəsənət fakültəsinin tələbələrindən ibarət “Band” qrupunun “Yeni il” mahnısı tədbirə xüsusi rəng qatıb.

Tədbir “Zamana səyahət” adlı bədii hissə ilə davam edib, NDU-nun nəzdində Naxçıvan Tibb Kollecinin tələbələrinin təqdimatında xoreoqrafik kompozisiya nümayiş olunub.

Bayram tədbiri NDU-nun nəzdində Naxçıvan Dövlət Texniki Kollecin təqdimatında milli dəyərlərimizi yaşadan “Yallı” rəqsi ilə yekunlaşıb.


Nərgiz Süleymanova

Xəbər Lenti

Daha az varlı ailələrin şagirdləri dil öyrənməyə təşviq edilməyən məktəblərə daha çox gedirlər29.12.2025 - 08:48
Kembric tədqiqatçıları evdə və hibrid işlərin effektivliyi üçün Böyük Britaniya məlumatlarının artırılmasına çağırır29.12.2025 - 08:30
Astara şəhər 2 nömrəli məktəbin şagirdi boks üzrə regional turnirdə birinci yerin qalibi olub29.12.2025 - 07:54
Astara şəhərində kibertəhlükəsizlik və onlayn oyunlara aludə olmanın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib29.12.2025 - 07:36
"Gənc Təlimçilər Məktəbi" layihəsi çərçivəsində "Konstruktiv münaqişə həlli" mövzusunda təlim təşkil olunub29.12.2025 - 07:18
Zaqatala rayonda ədəbiyyat dərslərində kollektiv mütaliə keçirilir29.12.2025 - 07:00
Bakı və bölgələrdə "Valideyn konfransları" keçirilib29.12.2025 - 06:42
29 dekabr – ASAN xidmət işçilərinin Peşə Bayramı Günüdür29.12.2025 - 06:24
Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı sərəncam imzalanıb29.12.2025 - 06:06
1999-cu il, 29 dekabr — Dövlət Neft Fondu yaradıldı29.12.2025 - 05:48
1991-ci il 29 dekabr – Azərbaycanda Müstəqillik Referendumu keçirildi29.12.2025 - 05:30
Azərbaycan rəssamı Kamil Nəcəfzadənin anadan olmasının 96-cı ildönümüdür29.12.2025 - 05:12
Püstəxanım Əzizbəyovanın anadan olmasının 96-cı ildönümüdür29.12.2025 - 04:54
Azərbaycan caz sənətinin faciəli taleli nümayəndəsi — Pərviz Rüstəmbəyov29.12.2025 - 04:36
Əzizə Cəfərzadənin anadan olmasının 104-cü ildönümüdür29.12.2025 - 04:18
29 dekabr 1846 – Sadıqcanın doğum günüdür29.12.2025 - 04:00
Şəki teatrında “İnəkgül və Şimşəkgülün Yeni il macərası”28.12.2025 - 19:56
ADU TGT könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 19:45
BŞTİ: Bu il işə qəbul üzrə üç minə yaxın vakansiya təqdim olunub28.12.2025 - 19:30
3I/ATLAS kometində yeni anomaliya aşkarlanıb28.12.2025 - 19:15
Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək28.12.2025 - 19:00
BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib28.12.2025 - 18:45
Ağdaşda bayram tədbiri təşkil olunub28.12.2025 - 18:30
Rezidentlər üçün “Proqressivləşən sistem skleroz” mövzusunda mühazirə keçirilib28.12.2025 - 18:05
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb28.12.2025 - 17:58
Özbəkistan universitetinin nümayəndələri AzTU tələbələrinə mühazirə oxuyub28.12.2025 - 17:42
ADPU-da Ü.Hacıbəylinin 140 illiyinə həsr olunmuş müsabiqənin Qala konserti və mükafatlandırma mərasimi keçirilib28.12.2025 - 17:22
UNEC-də “Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda tədbir keçirilib28.12.2025 - 17:09
AzTU-da “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib28.12.2025 - 17:00
ADU könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 16:55
Əmrah Həsənli:"Müəllim yalnız proqram icraçısı deyil, təhsilin əsas daşıyıcısıdır"28.12.2025 - 16:40
Naxçıvana 35 santimetr qar yağıb28.12.2025 - 16:20
Qədim yazı sistemləri hələ də oxunmur – Alimlər səbəbi açıqladı28.12.2025 - 16:00
Mədəniyyət naziri akademik Nailə Vəlixanlını ziyarət edib28.12.2025 - 15:50
"Bayraktar Kızılelma" ilkə imza atıb28.12.2025 - 15:36
Qırğızıstanda müəllim və tibb işçilərinin maaşları ikiqat artırılacaq28.12.2025 - 15:19
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub28.12.2025 - 15:00
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində28.12.2025 - 14:48
Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək28.12.2025 - 14:28
Sabah 15 dərəcə şaxta olacaq28.12.2025 - 14:14
Boranının bu faydalarını çoxları bilmir28.12.2025 - 14:00
Onlar ixtisasının adını düzgün ifadə edə bilmir - Agentlik28.12.2025 - 13:47
Bakı məktəbləri üç min vakansiya təqdim edib28.12.2025 - 13:35
Bu meyvələr qaraciyəri alkoqoldan da pis məhv edir28.12.2025 - 13:15
Azərbaycanlı alimlərin məqalələri Harvard–NASA ADS indeksinə daxil edilib28.12.2025 - 13:02
Dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür28.12.2025 - 13:00
Tibbi-meteoroloji PROQNOZ28.12.2025 - 12:47
Dekabrın 29-na olan hava proqnozu: Meteohəssas insanlar üçün əsasən əlverişli şərait gözlənilir28.12.2025 - 12:33