Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi davam edir.
"Tehsil365" xəbər verir ki, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan "Brend tələbə"lər mükafatlandırılıb.
Tədbirdə Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, portalın direktoru Ləman Novruzova, müxbir Esmira Əliyeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva və mükafatlandırılan tələbələr iştirak ediblər.
Tədbir Ramin Səmədovun nitqi ilə başlayıb. O, qonaqları və tələbələri salamlayaraq, "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edib.
Layihə xüsusi meyarlara uyğun seçilən tələbələrin fəaliyyətini təşviq etmək və onların nailiyyətlərini qeyd etmək məqsədi daşıyır. Mükafatlandırma mərasimi tələbələrin motivasiyasını artırmaq və təhsil sahəsində uğurlarını önə çıxarmağa xidmət edir.

