Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 23-də xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanını təşkil edəcək.
"Tehsil365" xəbər verir ki, İmtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları DİM-ə təqdim olunub.
Sürücülər 2025-ci il dekabrın 23-ü saat 16:00-dan 2026-cı il yanvarın 8-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək istəyənlər ilk olaraq DİM-in rəsmi internet saytında (ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, sonra isə “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatlarını tamamlamalıdırlar.
“Şəxsi kabinet”in yaradılması və hesabın doldurulması ilə bağlı təlimatlar sayt üzərindən əlçatandır. İmtahana qatılacaq sürücülərə uğurlar arzulayırıq.

