Professor Karen Sands-O'Konnor-un şəxsi söhbətdən ilhamlanaraq başladığı araşdırma Britaniya uşaq ədəbiyyatında qaradərili personajların düşündüyümüzdən daha köklü və zəngin bir tarixə sahib olduğunu ortaya qoyub.
"Tehsil365" xəbər verir ki, Gələcək həyat yoldaşı ilə ilk tanışlığında Sands-O'Konnor onu uşaqlıqda hansı kitabları oxuduğu ilə maraqlanıb. Əri isə cavabında demişdi: “Heç vaxt o kitablarda olmamışam, bəs niyə oxumalıyam?” Bu ifadə qaradərili uşaqların uşaq ədəbiyyatında özlərini görə bilmədikləri üçün kitablardan uzaq düşdüklərinə işarə edirdi.
Yamaykalı immiqrant ailəsində böyüyən ərinin təcrübəsi professoru dərin araşdırmalara sövq edib. Onun illərlə apardığı tədqiqatlar nəticəsində məlum olub ki, qaradərili personajlar Britaniya uşaq ədəbiyyatında çox daha əvvəlki dövrlərdən mövcud olub. Sadəcə olaraq bu personajların görünürlüğü və təqdimatı yetərincə dəyərləndirilməyib və tədqiq olunmayıb.
Professor Sands-O'Konnor-un işi uşaq ədəbiyyatında təmsilçiliyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu tədqiqatlar təkcə tarixə işıq salmır, həm də gələcək nəslin müxtəlifliyə açıq və inklüziv ədəbiyyatla formalaşmasının vacibliyini vurğulayır.

