Yeni yayımlanan araşdırma göstərir ki, Şimali İrlandiyada ictimaiyyət şagirdlərə yalnız xristian deyil, həm də müsəlman, humanist və ateist dünyagörüşləri barədə məlumat verilməsini dəstəkləyir.
"Tehsil365" xəbər verir ki, "RWE for All" (Hamı üçün Din və Dünyagörüşü Təhsili) adlı layihə çərçivəsində aparılan tədqiqatda iştirak edən respondentlərin 60%-dən çoxu hesab edir ki, müxtəlif inanclar haqqında bilik qazanmaq qərəzliliyin azalmasına və din azadlığının güclənməsinə töhfə verə bilər.
Araşdırma hazırda xristian etosunu əsas götürən və yalnız xristian məzmununun məcburi tədrisini nəzərdə tutan RE (Dini Təhsil) proqramının daha inklüziv hala gətirilməsinin mümkünlüyünü araşdırıb. Qeyd edək ki, bu proqram 2007-ci ildə dörd xristian kilsəsi tərəfindən hazırlanıb.
Ekspertlər hesab edirlər ki, müxtəlif dini və qeyri-dini dünyagörüşlərinin tədrisi şagirdlərdə empatiya, sosial ədalət və birgəyaşayış anlayışını gücləndirə bilər. Bu isə cəmiyyətin daha tolerant və müxtəlifliyə açıq şəkildə inkişafına şərait yaradar.

