Təhsil 365 - Logo Mobile

Akademik: ''Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir''

10227.12.2025 - 17:25
Akademik: ''Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir''

Dövlət qurumları, elm və təhsil müəssisələri, o cümlədən biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı ilə süni intellekt sahəsində çoxsaylı problemlərin müzakirəsi, təklif və tövsiyələrin irəli sürülməsi, həyata keçirilən işlərin ictimai monitorinqinin aparılması, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müzakirə platforması kimi Milli Süni İntellekt Forumunun təşkil olunmasına böyük ehtiyac var.

‘‘Tehsil365’’ bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.

Alim hazırda dünyada gedən qlobal proseslər, rəqəmsal transformasiyalar, IV Sənaye İnqilabının, xüsusən də müasir dövrün ideologiyası olan süni intellektin böyük sürətlə inkişafı nəticəsində ölkəmizdə yeni reallıqların yarandığını qeyd edib. O, Azərbaycan Prezidentinin süni intellekt və rəqəmsal transformasiya sahəsində ardıcıl və məqsədyönlü siyasət apardığını, “Rəqəmsal İnkişaf Konsepsiyası”, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm strateji sənədlərdə həm müvafiq dövlət qurumları, elmi müəssisələr, həm də biznes və vətəndaş cəmiyyəti institutlarının qarşısında konkret vəzifələrin müəyyənləşdirildiyini söyləyib. Bu vəzifələrin həyata keçirilməsinin dövlətimizin milli maraqlarının qorunması və texnoloji suverenliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Akademikin sözlərinə görə, süni intellektin müasir dövrün ideologiyasına çevrilməsi nəticəsində hər bir dövlət qurumu, elmi müəssisə və təşkilat öz fəaliyyətini yeni çağırışlara uyğun şəkildə yüksək səviyyədə təşkil edir, zəruri tədbirlər həyata keçirir. Bu gün cəmiyyətdə süni intellekt sahəsində normativ-hüquqi bazanın formalaşdırılması, resursların daha səmərəli idarə olunması, ölkədə sürətlə artan məlumatların toplanması və emalı üçün müvafiq ekosistemin yaradılması, süni intellekt, kibertəhlükəsizlik və kibersuverenliyə dair çoxaspektli tədqiqatların aparılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması çox aktual məsələlərdəndir: “Artıq ölkəmizdə bu istiqamətlərdə fəaliyyət göstərən ayrı-ayrı mütəxəssislərin, xüsusən də gənclərin fəaliyyətini stimullaşdırmaq üçün “MilliNet” mükafatı ilə yanaşı, Milli Süni İntellekt Mükafatının təsis olunmasının vaxtı çatmışdır”.

Alim, həmçinin süni intellektlə bağlı çoxaspektli, multidisiplinar, elmi-praktik və konseptual problemlərin ümummilli səviyyədə müzakirəsinin təşkili məqsədilə vahid dialoq platformasının yaradılmasının zəruri olduğunu vurğulayıb: “Dövlət qurumları, elm və təhsil müəssisələri, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı ilə süni intellekt sahəsində çoxsaylı problemlərin müzakirəsi, təklif və tövsiyələrin irəli sürülməsi, həyata keçirilən işlərin ictimai monitorinqinin aparılması, habelə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müzakirə platforması kimi Milli Süni İntellekt Forumunun təşkil olunmasına böyük ehtiyac var”.

Səma Qarayeva

Xəbər Lenti

Lənkəranda “Sözlər və melodiyalarla Yeni ilə” adlı konsert proqramı təşkil olunub28.12.2025 - 10:20
Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq28.12.2025 - 10:09
Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb28.12.2025 - 09:53
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub28.12.2025 - 09:38
Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib28.12.2025 - 09:23
Vəkillər Peşə Bayramı Günü qeyd olunur28.12.2025 - 09:12
Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu28.12.2025 - 08:59
VIII və IX sinif şagirdləri üçün "Oxu dəqiqələri" keçirilib28.12.2025 - 08:46
Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində oxu dərsləri keçirilib 28.12.2025 - 08:33
Məktəbdə “Bəxtiyar Vahabzadə – Vətən Sevgisinin Səsi” adlı tədbir keçirilib28.12.2025 - 08:20
“Dünya azərbaycanlılarının uğurları və həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib28.12.2025 - 08:07
"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Bir qalanın sirri" filmi nümayiş etdirilib28.12.2025 - 07:54
Salyan şəhər M.Muradxanov adına 6 nömrəli tam orta məktəbdə planlı tibbi baxış keçirildi28.12.2025 - 07:41
Qax Peşə Liseyində I kurslar arasında şahmat yarışı təşkil olunub28.12.2025 - 07:28
Qaxda şagirdlər üçün peşə liseyində infotur keçirilib28.12.2025 - 07:15
STEP Azerbaijan və Bakı Slavyan Universiteti birgə seminar keçirdi28.12.2025 - 07:02
Animator rəssam Zema Əhədovanın 55 yaşı tamam olur28.12.2025 - 06:49
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib28.12.2025 - 06:36
"Konstitusiya və Suverenlik İli" çərçivəsində 6, 7 və 8-ci sinif şagirdləri arasında bilik yarışı təşkil olunub28.12.2025 - 06:23
Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi28.12.2025 - 06:10
Cəlilabadda Sovet hakimiyyətinə qarşı kütləvi iğtişaşlar baş verdi28.12.2025 - 05:57
Azərbaycan və Toqo arasında diplomatik əlaqələr qurulub28.12.2025 - 05:44
Azərbaycan və Kamboca arasında diplomatik əlaqələr qurulub28.12.2025 - 05:31
Azərbaycanın müstəqilliyi beynəlxalq aləmdə tanınmağa davam edib28.12.2025 - 05:18
Azərbaycan teatr və kino sənətinin görkəmli siması Mustafa Mərdanovun vəfatının ildönümüdür28.12.2025 - 05:05
Şahmar Əkbərzadənin anadan olmasının 84-cü ili tamam olur28.12.2025 - 04:52
Zeynəb Xanlarovanın anadan olmasının 89 ili tamam olur28.12.2025 - 04:39
Tanınmış azərbaycanlı astronom Nadir İbrahimovun anadan olmasından 93 il ötür28.12.2025 - 04:26
Akademik Firudin Köçərlinin anadan olmasından 105 il ötür28.12.2025 - 04:13
Azərbaycanın tanınmış dövlət xadimi Şamil Rasizadənin anadan olmasından 109 il ötür28.12.2025 - 04:00
“Şəhidin Səsi” proqramının növbəti buraxılışı İsrail Məmmədovun anım gününə həsr olunub27.12.2025 - 20:01
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb27.12.2025 - 18:14
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyalarının təqdimatı27.12.2025 - 17:55
Anar Əliyev IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb27.12.2025 - 17:40
Lu Mey: ''Humanitar əməkdaşlıq Çin və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edir''27.12.2025 - 17:20
Fənn olimpiadalarının rayon mərhələsi üzrə buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb27.12.2025 - 17:05
Təhsil kreditlərindən özəl universitetlərin tələbələri də yararlanıb27.12.2025 - 16:50
Murad Ağalarov: ''Uşaqların virtual mühitdə müdafiəsi kompleks yanaşma tələb edir''27.12.2025 - 16:35
Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir27.12.2025 - 16:18
Pendir və qaymaq yemək yaddaşı zəiflədir? - Alimlər sübut etdi27.12.2025 - 16:07
Süni yolkaların zərərləri nələrdir? - AÇIQLAMA27.12.2025 - 15:53
LAUSD-də maliyyə çətinlikləri səbəbilə məktəblərdə ixtisarlar və bağlanmalar başlayır27.12.2025 - 15:41
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub27.12.2025 - 15:35
Şimali İrlandiyada dini təhsilə geniş ictimai dəstək: müxtəlif baxışların tədrisi önə çəkilir27.12.2025 - 15:28
Böyük Britaniya canlı xərçənglərin qaynadılmasını qadağan edəcək27.12.2025 - 15:19
Kembricşirdə innovativ təhsil layihəsi uğur qazandı27.12.2025 - 15:15
Professorun araşdırması yeni həqiqətləri üzə çıxardı27.12.2025 - 15:02