28 dekabr 1932-ci ildə Quba rayonunda dünyaya gəlmiş Nadir Baba oğlu İbrahimov Azərbaycan elminin inkişafında mühüm rol oynamış görkəmli astronom və astrofizikdir.
"Tehsil365" xəbər verir ki, O, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, daha sonra elmi fəaliyyətini Şamaxı Astrofizika Rəsədxanasında davam etdirmişdir.
Nadir İbrahimovun tədqiqatları əsasən ulduz atmosferləri, spektral analiz və astrofiziki proseslərə həsr olunmuşdur. Onun elmi irsi Azərbaycan astronomiya elminin inkişafında mühüm mərhələ sayılır. Gənc yaşlarında dünyasını dəyişməsinə baxmayaraq, o, ardında dəyərli tədqiqatlar və gənc alimlərə örnək olacaq elmi yol qoyub.
Nadir İbrahimov 1977-ci il yanvarın 1-də vəfat etmişdir. Onun astronomiya sahəsindəki töhfələri bu gün də yüksək qiymətləndirilir və ehtiramla xatırlanır.

