28 dekabr 1936-cı ildə Bakıda dünyaya gəlmiş Zeynəb Xanlarova Azərbaycan musiqi sənətinin parlaq simalarından biri, tanınmış müğənni və ictimai xadimdir.
"Tehsil365"xəbər verir ki, O, qüdrətli səsi, zəngin ifa tərzi və milli musiqimizin dünyada tanıdılmasında göstərdiyi xidmətlərlə milyonların qəlbində xüsusi yer qazanıb.
Zeynəb Xanlarova 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə isə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 1988-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 2016-cı ildə isə Azərbaycanın ali ordeni olan "Heydər Əliyev" ordeninə layiq görülüb.
Yalnız sənətçi deyil, həm də ictimai-siyasi xadim kimi fəaliyyət göstərən Zeynəb Xanlarova 1985–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1995–2020-ci illərdə isə beş çağırış Milli Məclisin deputatı olmuşdur.
Bu gün Zeynəb Xanlarova təkcə Azərbaycan musiqisinin deyil, həm də ölkənin mədəni və ictimai həyatının canlı əfsanəsi kimi ehtiramla yad edilir.

