Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti ilə seçilən şair, publisist və jurnalist Şahmar Əkbərzadənin anadan olmasından 84 il ötür.
"Tehsil365" xəbər verir ki, O, 28 dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində dünyaya gəlmişdir.
Şahmar Əkbərzadə poeziyaya səmimi lirizmi, xalq ruhunu və sosial düşüncəni gətirən şairlərdən biri olub. Onun şeirləri təkcə emosional təsir gücü ilə deyil, həm də publisistik ruhu və ictimai məsuliyyət hissi ilə seçilib. Eyni zamanda, jurnalistika sahəsində də aktiv fəaliyyət göstərən Əkbərzadə, müxtəlif dövri nəşrlərdə maraqlı yazı və araşdırmaları ilə tanınıb.
30 avqust 2000-ci ildə Bakıda vəfat edən Şahmar Əkbərzadə Azərbaycan ədəbiyyatına töhfə vermiş, sözə və gerçəyə bağlılığı ilə yadda qalmış sənətkarlardandır.
Onun xatirəsi bu gün də ədəbiyyatsevərlər tərəfindən ehtiramla anılır.

