1991-ci il dekabrın 28-də Xorvatiya, İordaniya və Yaponiya Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyan ölkələr sırasına qoşuldular.
"Tehsil365" xəbər verir ki, Sovet İttifaqının süqutu fonunda Azərbaycan 30 avqust 1991-ci ildə müstəqilliyini elan etmiş, 18 oktyabrda isə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdu. Bu tarixi qərar beynəlxalq ictimaiyyət tərəfindən sürətlə tanınmağa başlandı.
Xorvatiya, İordaniya və Yaponiyanın həmin gün müstəqilliyimizi tanıması Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında mühüm mərhələ kimi dəyərləndirilir.
Bu tanınmalar ölkəmizin suverenliyinin möhkəmlənməsi və gələcək diplomatik əlaqələrin qurulması baxımından önəmli addımlar olub.

