Təhsil 365 - Logo Mobile

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyalarının təqdimatı

10027.12.2025 - 17:55
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyalarının təqdimatı

"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib. 

‘‘Tehsil365’’ bildirir ki, “Nadir incilər - ipəklə gümüşün harmoniyası” adlı tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edərək, vəhşi təbiətin mühafizəsinin dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. 

Sədr bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyətini xüsusilə qeyd edərək, təşkilatın həyata keçirdiyi layihələrin nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırdığını diqqətə çatdırıb. 

Z.İbrahimov bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu olduğu bildirilib və yeni layihənin icra edilməsində əsas ilham mənbəyinin məhz bu fəaliyyət olduğunu vurğulayıb. 

Sədr dövlət şirkəti tərəfindən təkcə yataqların istismarı prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblərin ən vacib prioritet kimi nəzərə alındığını, eyni zamanda həyata keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin qorunmasın önəmli yer tutduğunu qeyd edib. Yeni sikkə-xalça kolleksiyasının da nadir fauna növlərinin qorunmasının təbliği və biomüxtəlifliyin əhəmiyyətinə diqqətin cəlb edilməsi məqsədi daşıdığı bildirilib. 

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən 3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” QSC və “Azərxalça” ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaq mesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunub ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlif Qarabağ xalçalarının qısa tarixindən də söz açaraq “Azərxalça” ASC-nin gələcək planları və əsas hədəflərindən tədbir iştirakçılarına xəbər verib.
Qeyd edək ki, kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü - ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi məhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə də digər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növ xalçalarla tanış olublar.

Səma Qarayeva

Xəbər Lenti

Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq28.12.2025 - 10:09
Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb28.12.2025 - 09:53
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub28.12.2025 - 09:38
Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib28.12.2025 - 09:23
Vəkillər Peşə Bayramı Günü qeyd olunur28.12.2025 - 09:12
Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu28.12.2025 - 08:59
VIII və IX sinif şagirdləri üçün "Oxu dəqiqələri" keçirilib28.12.2025 - 08:46
Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində oxu dərsləri keçirilib 28.12.2025 - 08:33
Məktəbdə “Bəxtiyar Vahabzadə – Vətən Sevgisinin Səsi” adlı tədbir keçirilib28.12.2025 - 08:20
“Dünya azərbaycanlılarının uğurları və həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib28.12.2025 - 08:07
"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Bir qalanın sirri" filmi nümayiş etdirilib28.12.2025 - 07:54
Salyan şəhər M.Muradxanov adına 6 nömrəli tam orta məktəbdə planlı tibbi baxış keçirildi28.12.2025 - 07:41
Qax Peşə Liseyində I kurslar arasında şahmat yarışı təşkil olunub28.12.2025 - 07:28
Qaxda şagirdlər üçün peşə liseyində infotur keçirilib28.12.2025 - 07:15
STEP Azerbaijan və Bakı Slavyan Universiteti birgə seminar keçirdi28.12.2025 - 07:02
Animator rəssam Zema Əhədovanın 55 yaşı tamam olur28.12.2025 - 06:49
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib28.12.2025 - 06:36
"Konstitusiya və Suverenlik İli" çərçivəsində 6, 7 və 8-ci sinif şagirdləri arasında bilik yarışı təşkil olunub28.12.2025 - 06:23
Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi28.12.2025 - 06:10
Cəlilabadda Sovet hakimiyyətinə qarşı kütləvi iğtişaşlar baş verdi28.12.2025 - 05:57
Azərbaycan və Toqo arasında diplomatik əlaqələr qurulub28.12.2025 - 05:44
Azərbaycan və Kamboca arasında diplomatik əlaqələr qurulub28.12.2025 - 05:31
Azərbaycanın müstəqilliyi beynəlxalq aləmdə tanınmağa davam edib28.12.2025 - 05:18
Azərbaycan teatr və kino sənətinin görkəmli siması Mustafa Mərdanovun vəfatının ildönümüdür28.12.2025 - 05:05
Şahmar Əkbərzadənin anadan olmasının 84-cü ili tamam olur28.12.2025 - 04:52
Zeynəb Xanlarovanın anadan olmasının 89 ili tamam olur28.12.2025 - 04:39
Tanınmış azərbaycanlı astronom Nadir İbrahimovun anadan olmasından 93 il ötür28.12.2025 - 04:26
Akademik Firudin Köçərlinin anadan olmasından 105 il ötür28.12.2025 - 04:13
Azərbaycanın tanınmış dövlət xadimi Şamil Rasizadənin anadan olmasından 109 il ötür28.12.2025 - 04:00
“Şəhidin Səsi” proqramının növbəti buraxılışı İsrail Məmmədovun anım gününə həsr olunub27.12.2025 - 20:01
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb27.12.2025 - 18:14
Anar Əliyev IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb27.12.2025 - 17:40
Akademik: ''Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir''27.12.2025 - 17:25
Lu Mey: ''Humanitar əməkdaşlıq Çin və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edir''27.12.2025 - 17:20
Fənn olimpiadalarının rayon mərhələsi üzrə buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb27.12.2025 - 17:05
Təhsil kreditlərindən özəl universitetlərin tələbələri də yararlanıb27.12.2025 - 16:50
Murad Ağalarov: ''Uşaqların virtual mühitdə müdafiəsi kompleks yanaşma tələb edir''27.12.2025 - 16:35
Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir27.12.2025 - 16:18
Pendir və qaymaq yemək yaddaşı zəiflədir? - Alimlər sübut etdi27.12.2025 - 16:07
Süni yolkaların zərərləri nələrdir? - AÇIQLAMA27.12.2025 - 15:53
LAUSD-də maliyyə çətinlikləri səbəbilə məktəblərdə ixtisarlar və bağlanmalar başlayır27.12.2025 - 15:41
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub27.12.2025 - 15:35
Şimali İrlandiyada dini təhsilə geniş ictimai dəstək: müxtəlif baxışların tədrisi önə çəkilir27.12.2025 - 15:28
Böyük Britaniya canlı xərçənglərin qaynadılmasını qadağan edəcək27.12.2025 - 15:19
Kembricşirdə innovativ təhsil layihəsi uğur qazandı27.12.2025 - 15:15
Professorun araşdırması yeni həqiqətləri üzə çıxardı27.12.2025 - 15:02
ADNSU-nun tədqiqatçılarının birgə məqaləsi dərc olunub27.12.2025 - 15:01