2010-cu il dekabrın 28-də Azərbaycan Respublikası ilə Toqo Respublikası arasında diplomatik əlaqələr rəsmi şəkildə təsis edilib.
"Tehsil365" xəbər verir ki,Bu hadisə Azərbaycanın Afrika qitəsi ilə diplomatik münasibətlərini genişləndirmək istiqamətində atdığı mühüm addımlardan biri olub. Azərbaycan və Toqo arasında əlaqələrin qurulması qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
Tərəflər gələcəkdə siyasi dialoq, iqtisadi-ticari əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək niyyətindədirlər.

