1999-cu ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Fonddun məqsədi ölkənin neft gəlirlərini idarə etmək, gələcək nəsillər üçün iqtisadi sabitliyi təmin etmək və strateji layihələrin maliyyələşdirilməsini təmin etməkdir.
"Tehsil365" xəbər verir ki, Dövlət Neft Fondu Azərbaycan iqtisadiyyatının dayanıqlılığının artırılması və neft sektorundan əldə olunan gəlirlərin səmərəli istifadəsi üçün mühüm institut olaraq fəaliyyət göstərir. Fonddan əldə olunan vəsaitlər həm ölkənin sosial-iqtisadi inkişafına, həm də strateji investisiyalara yönəldilir.
ARDNF Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin güclənməsində və davamlı inkişaf strategiyasının həyata keçirilməsində vacib rol oynayır.

