Milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə sevgi və hörmət ruhunda tərbiyə olunması məqsədilə həyata keçirilən layihə çərçivəsində dekabrın 24-də V, VI və VII sinif şagirdləri "Bir qalanın sirri" filmini izləyiblər.
"Tehsil365" xəbər verir ki, Filmin nümayişi zamanı şagirdlər həm əylənərək öyrənmə imkanı əldə etmiş, həm də milli dəyərlərimiz və tarixi irsimiz haqqında daha geniş məlumat alıblar.
Film şagirdlərin milli-mənəvi dəyərlərə hörmətini artırmaqla yanaşı, onların yaradıcılıq və təxəyyül bacarıqlarının inkişafına da töhfə verib. Məktəbdə bu kimi layihələrin davam etdirilməsi planlaşdırılır.

