Tədbir Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən gələn təlimata əsasən təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə şagirdlər dünyanın müxtəlif ölkələrində elm, mədəniyyət, idman, incəsənət və siyasət sahələrində böyük uğurlar qazanan azərbaycanlılar haqqında araşdırmalar apararaq hazırladıqları təqdimatlarla çıxış ediblər. Həmçinin mövzuya uyğun videoçarxlar nümayiş etdirilib. Şagirdlərin təqdimatları maraqla qarşılanıb, onların yaradıcı yanaşması və fəallığı xüsusi vurğulanıb.
Mövzu ilə bağlı çıxış edən müəllim Abdullazadə Zülfiyyə bildirib ki, dünya azərbaycanlılarının nailiyyətləri hər bir gənc üçün qürur mənbəyidir və onlar yaşadıqları ölkədən asılı olmayaraq Azərbaycanı ləyaqətlə təmsil edirlər. Müəllim milli dəyərlərə bağlılıq, ana dilinə və mədəniyyətə hörmətin dünya azərbaycanlılarını birləşdirən əsas amillər olduğunu, bu həmrəyliyin gələcək nəsillərin milli şüurunun formalaşmasında böyük rol oynadığını qeyd edib.

