Bu gün – 28 dekabr Azərbaycanda Vəkillər Günü kimi qeyd olunur.
“Tehsil365” xəbər verir ki, Bu münasibətlə Daxili İşlər Nazirliyi ölkənin hüquq sistemində mühüm rol oynayan, vətəndaşların hüquqlarının müdafiəsində dayanan bütün vəkilləri səmimi qəlbdən təbrik edir.
Peşə borcunu yüksək məsuliyyətlə yerinə yetirən, ədalətin bərqərar olunmasına töhfə verən vəkillərə fəaliyyətlərində uğurlar, möhkəm iradə və davamlı nailiyyətlər arzulayırıq.
Qanunun və hüququn keşiyində dayanan bütün hüquqşünaslara dərin təşəkkürlər!

