Təhsil 365 - Logo Mobile

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda tədbir keçirilib

9328.12.2025 - 10:18
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda tədbir keçirilib

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlər 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda bir araya gəliblər.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, bununla bağlı Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi (TAHD) tərəfindən xüsusi proqram təşkil edilib.

Əvvəlcə Bağlarbaşı Mədəniyyət Mərkəzində həkimlərin konfransı baş tutub.

Sonra İstanbulda fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının təqdimatında Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri əsasında hazırlanan “Yağışdan sonra” tamaşası nümayiş olunub.

Tamaşadan sonra çıxış edən Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Vüqar Cəfər, TAHD-ın qurucu sədri Günay Əliyeva, Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarova, Üsküdar Bələdiyyəsi sədrinin müavini Tahsin Usta, Şimali Kipr Türk Cumhuriyyətinin İstanbuldakı konsulu Ülkü Alemdar bu kimi tədbirlərin həm Azərbaycan diasporunun birlik və bərabərliyini möhkəmləndirdiyi, həm də Türkiyə–Azərbaycan mədəni əməkdaşlığına güclü töhfə verdiyini qeyd ediblər.

Çıxış edənlər Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin qardaş ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən həkimlərimizi bir çətir altında birləşdirdiyini qeyd ediblər.

Bildirilib ki, Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi yalnız səhiyyə sahəsində deyil, mədəni, sosial və ictimai həmrəylik istiqamətlərində də fəal olmağı əsas hədəflərindən biri hesab edir. Tamaşanın nümayişi də həmin baxışın bariz nümunəsidir. Dərnək qarşıdakı dövrdə də mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində oxşar tədbirlərlə həm diaspora daxilində həmrəyliyi gücləndirməyi, həm də iki qardaş ölkə arasındakı əlaqələri daha da möhkəmləndirməyi hədəfləyir.

Tədbirin əsas məqsədlərindən biri Türkiyədə çalışan azərbaycanlı həkimlər arasında peşəkar və bəşəri bağların daha da möhkəmlənməsinə töhfə vermək, ortaq layihələr barədə fikir mübadiləsi aparmaq olub.

Qeyd edək ki, Minə Bayrakerinin rejissorluğu ilə ərsəyə gələn tamaşanın truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı Aylin Axundova, səs tərtibatçısı Hilal Alp, aktyorlar Neda Sözbir, Mehmet Türkbeyler, Vüsalə Əsgərova, Maruf Demirtaş, Jale Çinar, Bülent Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanovadır.

Alsu İsmayılova

Xəbər Lenti

Şəki teatrında “İnəkgül və Şimşəkgülün Yeni il macərası”28.12.2025 - 19:56
ADU TGT könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 19:45
BŞTİ: Bu il işə qəbul üzrə üç minə yaxın vakansiya təqdim olunub28.12.2025 - 19:30
3I/ATLAS kometində yeni anomaliya aşkarlanıb28.12.2025 - 19:15
Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək28.12.2025 - 19:00
BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib28.12.2025 - 18:45
Ağdaşda bayram tədbiri təşkil olunub28.12.2025 - 18:30
Rezidentlər üçün “Proqressivləşən sistem skleroz” mövzusunda mühazirə keçirilib28.12.2025 - 18:05
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb28.12.2025 - 17:58
Özbəkistan universitetinin nümayəndələri AzTU tələbələrinə mühazirə oxuyub28.12.2025 - 17:42
ADPU-da Ü.Hacıbəylinin 140 illiyinə həsr olunmuş müsabiqənin Qala konserti və mükafatlandırma mərasimi keçirilib28.12.2025 - 17:22
UNEC-də “Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda tədbir keçirilib28.12.2025 - 17:09
AzTU-da “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib28.12.2025 - 17:00
ADU könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 16:55
Əmrah Həsənli:"Müəllim yalnız proqram icraçısı deyil, təhsilin əsas daşıyıcısıdır"28.12.2025 - 16:40
Naxçıvana 35 santimetr qar yağıb28.12.2025 - 16:20
Qədim yazı sistemləri hələ də oxunmur – Alimlər səbəbi açıqladı28.12.2025 - 16:00
Mədəniyyət naziri akademik Nailə Vəlixanlını ziyarət edib28.12.2025 - 15:50
"Bayraktar Kızılelma" ilkə imza atıb28.12.2025 - 15:36
Qırğızıstanda müəllim və tibb işçilərinin maaşları ikiqat artırılacaq28.12.2025 - 15:19
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub28.12.2025 - 15:00
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində28.12.2025 - 14:48
Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək28.12.2025 - 14:28
Sabah 15 dərəcə şaxta olacaq28.12.2025 - 14:14
Boranının bu faydalarını çoxları bilmir28.12.2025 - 14:00
Onlar ixtisasının adını düzgün ifadə edə bilmir - Agentlik28.12.2025 - 13:47
Bakı məktəbləri üç min vakansiya təqdim edib28.12.2025 - 13:35
Bu meyvələr qaraciyəri alkoqoldan da pis məhv edir28.12.2025 - 13:15
Azərbaycanlı alimlərin məqalələri Harvard–NASA ADS indeksinə daxil edilib28.12.2025 - 13:02
Dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür28.12.2025 - 13:00
Tibbi-meteoroloji PROQNOZ28.12.2025 - 12:47
Dekabrın 29-na olan hava proqnozu: Meteohəssas insanlar üçün əsasən əlverişli şərait gözlənilir28.12.2025 - 12:33
Fransız kino ulduzu Bricit Bardo vəfat etdi28.12.2025 - 12:20
Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır28.12.2025 - 11:29
Şəmkir rayonu üzrə ümumtəhsil məktəblərində maarifləndirici görüş keçirilib28.12.2025 - 11:12
Leyla Əliyeva Uşaq İncəsənət Festivalından paylaşım edib28.12.2025 - 10:57
AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib28.12.2025 - 10:49
Lənkəranda “Sözlər və melodiyalarla Yeni ilə” adlı konsert proqramı təşkil olunub28.12.2025 - 10:32
Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq28.12.2025 - 10:09
Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb28.12.2025 - 09:53
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub28.12.2025 - 09:38
Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib28.12.2025 - 09:23
Vəkillər Peşə Bayramı Günü qeyd olunur28.12.2025 - 09:12
Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu28.12.2025 - 08:59
VIII və IX sinif şagirdləri üçün "Oxu dəqiqələri" keçirilib28.12.2025 - 08:46
Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində oxu dərsləri keçirilib 28.12.2025 - 08:33
Məktəbdə “Bəxtiyar Vahabzadə – Vətən Sevgisinin Səsi” adlı tədbir keçirilib28.12.2025 - 08:20