Təhsil 365 - Logo Mobile

Əmrah Həsənli:"Müəllim yalnız proqram icraçısı deyil, təhsilin əsas daşıyıcısıdır"

9328.12.2025 - 16:40
Əmrah Həsənli:"Müəllim yalnız proqram icraçısı deyil, təhsilin əsas daşıyıcısıdır"

Günümüzdə ideal təhsil məsələsi barəsində bir çox fikirlər mövcuddur. Bu məsələni aydınlaşdırmaq üçün ekspertə bir sual ilə müraciət etdik. “Təhsildə dəyişmək istiədiyiniz 3 məqam hansılardır?“

Əmrah Həsənli- Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti “Tehsil365”ə açıqlamasında bildirib:

Təhsil sistemində dəyişiklikdən danışarkən ilk növbədə kosmetik yox, mahiyyətə toxunan addımları önə çəkmək lazımdır. Mənim üçün bu sahədə dəyişməli olan üç əsas istiqamət var və onların hər biri bir-biri ilə birbaşa bağlıdır.

Birinci və ən vacib məsələ təhsilin məzmunudur. Biz hələ də böyük ölçüdə əzbərə əsaslanan, şagirdi düşünməyə yox, məlumatı təkrarlamağa yönəldən proqramlarla işləyirik. Halbuki müasir dövrdə təhsil şagirdə “nəyi bilirsən?” sualından çox, “bildiyini necə tətbiq edirsən?” sualına cavab verməlidir. Kurikulumlar real həyat bacarıqlarını, analitik düşüncəni, tənqidi yanaşmanı və yaradıcı qərarverməni formalaşdıracaq şəkildə yenilənməlidir. Məzmun az, amma dərin və funksional olmalıdır.

İkinci əsas dəyişiklik müəllimlə bağlıdır. Müəllim yalnız proqram icraçısı deyil, təhsilin əsas daşıyıcısıdır. Ona görə də müəllim hazırlığı, peşəkar inkişaf və qiymətləndirmə mexanizmləri köklü şəkildə dəyişməlidir. Müəllimdən nəticə tələb ediriksə, ona şərait də yaratmalıyıq. Davamlı inkişaf imkanları, obyektiv və şəffaf qiymətləndirmə, həmçinin müəllimin sosial və peşəkar nüfuzunu gücləndirən mexanizmlər olmadan keyfiyyətli təhsildən danışmaq çətindir.

Üçüncü məsələ isə idarəetmə və məsuliyyət mədəniyyətidir. Təhsil sistemi çox vaxt formal hesabatlar üzərində qurulur, real nəticə isə kölgədə qalır. Məktəb rəhbərliyindən tutmuş valideynə, müəllimdən şagirdə qədər hər kəsin rolu və məsuliyyəti aydın şəkildə müəyyənləşdirilməlidir. Təhsil yalnız nazirliyin və ya məktəbin işi deyil, bu, cəmiyyətin ortaq məsuliyyətidir. Hesabat yox, nəticə; forma yox, məzmun əsas götürülməlidir.

Əgər bu üç istiqamətdə – məzmun, müəllim və idarəetmə mədəniyyəti üzrə ardıcıl və səmimi islahatlar aparılsa, təhsil sistemində real və davamlı dəyişiklikdən danışmaq mümkün olar.

Alsu İsmayılova

Xəbər Lenti

Şəki teatrında “İnəkgül və Şimşəkgülün Yeni il macərası”28.12.2025 - 19:56
ADU TGT könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 19:45
BŞTİ: Bu il işə qəbul üzrə üç minə yaxın vakansiya təqdim olunub28.12.2025 - 19:30
3I/ATLAS kometində yeni anomaliya aşkarlanıb28.12.2025 - 19:15
Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək28.12.2025 - 19:00
BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib28.12.2025 - 18:45
Ağdaşda bayram tədbiri təşkil olunub28.12.2025 - 18:30
Rezidentlər üçün “Proqressivləşən sistem skleroz” mövzusunda mühazirə keçirilib28.12.2025 - 18:05
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb28.12.2025 - 17:58
Özbəkistan universitetinin nümayəndələri AzTU tələbələrinə mühazirə oxuyub28.12.2025 - 17:42
ADPU-da Ü.Hacıbəylinin 140 illiyinə həsr olunmuş müsabiqənin Qala konserti və mükafatlandırma mərasimi keçirilib28.12.2025 - 17:22
UNEC-də “Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda tədbir keçirilib28.12.2025 - 17:09
AzTU-da “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib28.12.2025 - 17:00
ADU könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 16:55
Naxçıvana 35 santimetr qar yağıb28.12.2025 - 16:20
Qədim yazı sistemləri hələ də oxunmur – Alimlər səbəbi açıqladı28.12.2025 - 16:00
Mədəniyyət naziri akademik Nailə Vəlixanlını ziyarət edib28.12.2025 - 15:50
"Bayraktar Kızılelma" ilkə imza atıb28.12.2025 - 15:36
Qırğızıstanda müəllim və tibb işçilərinin maaşları ikiqat artırılacaq28.12.2025 - 15:19
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub28.12.2025 - 15:00
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində28.12.2025 - 14:48
Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək28.12.2025 - 14:28
Sabah 15 dərəcə şaxta olacaq28.12.2025 - 14:14
Boranının bu faydalarını çoxları bilmir28.12.2025 - 14:00
Onlar ixtisasının adını düzgün ifadə edə bilmir - Agentlik28.12.2025 - 13:47
Bakı məktəbləri üç min vakansiya təqdim edib28.12.2025 - 13:35
Bu meyvələr qaraciyəri alkoqoldan da pis məhv edir28.12.2025 - 13:15
Azərbaycanlı alimlərin məqalələri Harvard–NASA ADS indeksinə daxil edilib28.12.2025 - 13:02
Dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür28.12.2025 - 13:00
Tibbi-meteoroloji PROQNOZ28.12.2025 - 12:47
Dekabrın 29-na olan hava proqnozu: Meteohəssas insanlar üçün əsasən əlverişli şərait gözlənilir28.12.2025 - 12:33
Fransız kino ulduzu Bricit Bardo vəfat etdi28.12.2025 - 12:20
Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır28.12.2025 - 11:29
Şəmkir rayonu üzrə ümumtəhsil məktəblərində maarifləndirici görüş keçirilib28.12.2025 - 11:12
Leyla Əliyeva Uşaq İncəsənət Festivalından paylaşım edib28.12.2025 - 10:57
AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib28.12.2025 - 10:49
Lənkəranda “Sözlər və melodiyalarla Yeni ilə” adlı konsert proqramı təşkil olunub28.12.2025 - 10:32
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda tədbir keçirilib28.12.2025 - 10:18
Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq28.12.2025 - 10:09
Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb28.12.2025 - 09:53
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub28.12.2025 - 09:38
Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib28.12.2025 - 09:23
Vəkillər Peşə Bayramı Günü qeyd olunur28.12.2025 - 09:12
Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu28.12.2025 - 08:59
VIII və IX sinif şagirdləri üçün "Oxu dəqiqələri" keçirilib28.12.2025 - 08:46
Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində oxu dərsləri keçirilib 28.12.2025 - 08:33
Məktəbdə “Bəxtiyar Vahabzadə – Vətən Sevgisinin Səsi” adlı tədbir keçirilib28.12.2025 - 08:20