Təhsil 365 - Logo Mobile

AzTU-da “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib

8428.12.2025 - 17:00
AzTU-da “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib

Dekabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “Konstitusiya və Suverenlik İli” və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibətilə “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib.

“Tehsil365“ xəbər verir:

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev və Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış ediblər.

Natiqlər Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Konstitusiyanın və suverenliyin əsas rolundan, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının əhəmiyyətindən, eləcə də bu siyasi xəttin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından danışıblar.

Müzakirələrdə son 20 il ərzində Azərbaycanın müdafiə sənayesinin keçdiyi inkişaf yoluna nəzər salınıb, bu strateji sektorun formalaşdırılması, istehsal və texnoloji imkanların genişləndirilməsi, innovativ və yüksək texnologiyalı hərbi məhsulların istehsalının təşkili istiqamətində görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, müdafiə sənayesinin inkişafı ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə və elmi-texniki potensialın gücləndirilməsinə də əhəmiyyətli töhfə verir. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin ixtisaslı kadr potensialının formalaşdırılması və elmi-tədqiqatların təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Panel müzakirəsi çərçivəsində müdafiə sənayesində innovasiyaların tətbiqi, rəqəmsal texnologiyaların inteqrasiyası və gənc mütəxəssislərin bu sahəyə cəlb edilməsi məsələləri də müzakirə edilib.

Tədbirin sonunda panel müzakirəsinin spikerlərinə, eləcə də Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyətində fəal iştiraklarına görə Müdafiə Sənayesi Nazirliyinin və AzTU-nun bir qrup əməkdaşına, fakültənin tələbə və məzunlarına təşəkkür plaketləri və xatirə hədiyyələri təqdim olunub.

Alsu İsmayılova

Xəbər Lenti

Şəki teatrında “İnəkgül və Şimşəkgülün Yeni il macərası”28.12.2025 - 19:56
ADU TGT könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 19:45
BŞTİ: Bu il işə qəbul üzrə üç minə yaxın vakansiya təqdim olunub28.12.2025 - 19:30
3I/ATLAS kometində yeni anomaliya aşkarlanıb28.12.2025 - 19:15
Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək28.12.2025 - 19:00
BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib28.12.2025 - 18:45
Ağdaşda bayram tədbiri təşkil olunub28.12.2025 - 18:30
Rezidentlər üçün “Proqressivləşən sistem skleroz” mövzusunda mühazirə keçirilib28.12.2025 - 18:05
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb28.12.2025 - 17:58
Özbəkistan universitetinin nümayəndələri AzTU tələbələrinə mühazirə oxuyub28.12.2025 - 17:42
ADPU-da Ü.Hacıbəylinin 140 illiyinə həsr olunmuş müsabiqənin Qala konserti və mükafatlandırma mərasimi keçirilib28.12.2025 - 17:22
UNEC-də “Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda tədbir keçirilib28.12.2025 - 17:09
ADU könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib28.12.2025 - 16:55
Əmrah Həsənli:"Müəllim yalnız proqram icraçısı deyil, təhsilin əsas daşıyıcısıdır"28.12.2025 - 16:40
Naxçıvana 35 santimetr qar yağıb28.12.2025 - 16:20
Qədim yazı sistemləri hələ də oxunmur – Alimlər səbəbi açıqladı28.12.2025 - 16:00
Mədəniyyət naziri akademik Nailə Vəlixanlını ziyarət edib28.12.2025 - 15:50
"Bayraktar Kızılelma" ilkə imza atıb28.12.2025 - 15:36
Qırğızıstanda müəllim və tibb işçilərinin maaşları ikiqat artırılacaq28.12.2025 - 15:19
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub28.12.2025 - 15:00
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində28.12.2025 - 14:48
Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək28.12.2025 - 14:28
Sabah 15 dərəcə şaxta olacaq28.12.2025 - 14:14
Boranının bu faydalarını çoxları bilmir28.12.2025 - 14:00
Onlar ixtisasının adını düzgün ifadə edə bilmir - Agentlik28.12.2025 - 13:47
Bakı məktəbləri üç min vakansiya təqdim edib28.12.2025 - 13:35
Bu meyvələr qaraciyəri alkoqoldan da pis məhv edir28.12.2025 - 13:15
Azərbaycanlı alimlərin məqalələri Harvard–NASA ADS indeksinə daxil edilib28.12.2025 - 13:02
Dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür28.12.2025 - 13:00
Tibbi-meteoroloji PROQNOZ28.12.2025 - 12:47
Dekabrın 29-na olan hava proqnozu: Meteohəssas insanlar üçün əsasən əlverişli şərait gözlənilir28.12.2025 - 12:33
Fransız kino ulduzu Bricit Bardo vəfat etdi28.12.2025 - 12:20
Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır28.12.2025 - 11:29
Şəmkir rayonu üzrə ümumtəhsil məktəblərində maarifləndirici görüş keçirilib28.12.2025 - 11:12
Leyla Əliyeva Uşaq İncəsənət Festivalından paylaşım edib28.12.2025 - 10:57
AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib28.12.2025 - 10:49
Lənkəranda “Sözlər və melodiyalarla Yeni ilə” adlı konsert proqramı təşkil olunub28.12.2025 - 10:32
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda tədbir keçirilib28.12.2025 - 10:18
Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq28.12.2025 - 10:09
Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb28.12.2025 - 09:53
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub28.12.2025 - 09:38
Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib28.12.2025 - 09:23
Vəkillər Peşə Bayramı Günü qeyd olunur28.12.2025 - 09:12
Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu28.12.2025 - 08:59
VIII və IX sinif şagirdləri üçün "Oxu dəqiqələri" keçirilib28.12.2025 - 08:46
Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində oxu dərsləri keçirilib 28.12.2025 - 08:33
Məktəbdə “Bəxtiyar Vahabzadə – Vətən Sevgisinin Səsi” adlı tədbir keçirilib28.12.2025 - 08:20