Bu gün tanınmış yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadənin anadan olmasının 104-cü ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1921-ci il dekabrın 29-da Bakıda dünyaya gələn Əzizə Cəfərzadə Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olub. O, zəngin yaradıcılığı və elmi fəaliyyəti ilə ədəbiyyat tariximizin inkişafına mühüm töhfələr verib.
1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əzizə Cəfərzadənin əsərləri milli-mənəvi dəyərlərin təbliği, tarixi gerçəkliklərin və qadın obrazlarının ədəbiyyatda dolğun təsviri ilə seçilir.
2003-cü il sentyabrın 4-də Bakıda vəfat edən Əzizə Cəfərzadə özündən sonra zəngin irs qoyaraq Azərbaycan mədəniyyətində silinməz iz buraxıb.

