2006-cı il dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği məqsədilə Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
"Tehsil365" xəbər verir ki, Sərəncamda Mərkəzin əsas vəzifələri Heydər Əliyevin həyat və fəaliyyətinin araşdırılması, onun dövlətçilik konsepsiyasının gələcək nəsillərə çatdırılması, həmçinin ictimai, siyasi və elmi fəaliyyətinə dair materialların toplanması və təqdim olunması kimi müəyyənləşdirilib.
Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzi sonradan ölkənin mühüm mədəniyyət və təhsil ocaqlarından birinə çevrilib.

