2012-ci il dekabrın 29-da Azərbaycan Prezidentinin Fərmanı ilə ölkədə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma – “ASAN xidmət” modeli tətbiq olunmağa başlandı.
"Tehsil365" xəbər verir ki, Məhz bu tarixdən etibarən hər il dekabrın 29-u “ASAN xidmət” işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
“ASAN xidmət” operativlik, şəffaflıq, nəzakət və rahatlıq prinsipləri əsasında dövlət xidmətlərinin əlçatanlığını təmin etməklə, vətəndaş-məmur münasibətlərində innovativ yanaşma yaradıb. Qısa müddətdə bu sistem beynəlxalq aləmdə də yüksək dəyərləndirilib, bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
Bu münasibətlə bütün “ASAN xidmət” əməkdaşlarını Peşə Bayramı Günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

