Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Vətən müharibəsi şəhidi Vüsal Kazımovun xatirəsinə həsr olunmuş boks idman növü üzrə V ənənəvi Lənkəran-Astara region turniri uğurla başa çatıb.
"Tehsil365" xəbər verir ki, Turnirdə Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Qasımzadə Miryusif Nicat oğlu yüksək bacarığı və əzmkarlığı ilə fərqlənərək I yerə layiq görülüb.
Gənc idmançını bu münasibətlə təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq! Bu nailiyyət məktəbin idman sahəsindəki fəallığının və şagirdlərin potensialının parlaq nümunəsidir.

