Sürücülərin qış aylarında buzlu yollarda hərəkət etməyə kifayət qədər hazırlıqlı olmaması ciddi problemlər yaradır. Bu baxımdan qış təkərlərinin istifadəsi daha məqsədəuyğun və təhlükəsizlik üçün vacibdir.
“Tehsil365“ “AZƏRTAC”a istinadla bildirir ki:
Açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, xüsusilə regionlarda qış təkərlərinə real ehtiyac var.
“Çünki şəhərlə müqayisədə rayonlarda qar daha çox yağır, buzlanma isə daha uzun müddət qalır. Qış təkəri adi təkər deyil. O, sürüşkən yolda avtomobilin yola daha yaxşı yapışmasına kömək edir, sürücüyə sükanı daha rahat idarə etmək imkanı verir. Bu da birbaşa təhlükəsizlik deməkdir. Bakıda bəzən qar bir-iki günə əriyir, amma regionlarda sürücülər həftələrlə qarlı yollarda hərəkət etməli olurlar. Ona görə də qış təkərlərinin istifadəsi daha çox regionlarda düşünülməlidir. Bu, daha az qəza, daha təhlükəsiz yol deməkdir”, - deyə ekspert qeyd edib.

