Təhsil 365 - Logo Mobile

İlk dəfə sırf QHT-lər üçün bayram konserti proqramı təşkil olunub

8529.12.2025 - 14:08
İlk dəfə sırf QHT-lər üçün bayram konserti proqramı təşkil olunub

Dekabrın 28-də "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Ey, Vətən!" adlı konsert proqramı keçirilib.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub.

Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər.

Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub.

İraq və Suriya türkmanları arasında böyük şöhrət qazanmış, "İraq Divanı" ilə könülləri fəth etmiş, Hələbdə edam olunmuş Azərbaycanın dünya miqyaslı mütəfəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. R.Qasımov məlumat verib ki, 2026-cı ildə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək.

Musiqi gecəsində, həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovaya, librettosu Leyla Qədirzadəyə məxsus "Məhsəti" operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib.

Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrofondan ümumiyyətlə, istifadə edilməyib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək.

Amidə Zeynalova

Xəbər Lenti

Xalq artisti Rauf Babayevin xatirəsi anılır30.12.2025 - 04:00
BSU-da " Bəxtiyar Vahabzadənin poeziyasının sirri" mövzusunda dəyirmi masa keçirilib29.12.2025 - 18:57
BAAU-da “İctimai diplomatiya” mövzusunda vebinar keçirilib29.12.2025 - 18:40
BAAU-da əcnəbi tələbələrin mentor və qrup nümayəndələri ilə görüşü keçirilib29.12.2025 - 18:28
BAAU-da Ərəb dili gününə həsr olunmuş tədbir keçirilib29.12.2025 - 18:15
Professor Dilqəm Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib29.12.2025 - 17:55
Azərbaycan İdman Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib29.12.2025 - 17:38
Nigar Mədətova beynəlxalq peşəkar inkişaf proqramını uğurla tamamlayıb29.12.2025 - 17:27
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib29.12.2025 - 17:10
ADU müəlliminin məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub29.12.2025 - 16:55
ADU nümayəndələrinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib29.12.2025 - 16:36
Pedaqoji Universitetdə 1978–1983-cü illər məzunları ilə görüş keçirilib29.12.2025 - 16:11
Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır29.12.2025 - 15:55
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və müasir dövlətçilik ideyasının parlaq təzahürüdür29.12.2025 - 15:40
Şəki filialında “Professional özünütəqdimetmə və karyera bacarıqları” adlı layihə həyata keçirilib29.12.2025 - 15:20
“Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu” təşkil olunub29.12.2025 - 15:00
Azərbaycanda təhsilin keyfiyyətinin artırılması istiqamətində yeni addımlar atılır-Açıqlama29.12.2025 - 14:52
Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində29.12.2025 - 14:44
Bal arıqlamağa kömək edir - onu necə yemək lazımdır?29.12.2025 - 14:26
Qərbi Azərbaycanın virtual ensiklopedik toplusu təqdim edilib29.12.2025 - 13:48
Süni intellektdən beyinə zərər vermədən istifadə etməyin yolu açıqlandı29.12.2025 - 13:17
Öskürəyə qarşı "türkəçarə": təbii üsullarla sağalma yolları29.12.2025 - 13:00
Bakıda daha bir orta məktəb şagirdi vəfat edib29.12.2025 - 12:46
Gürcüstanın ali təhsil islahatı: dövlət universitetləri, pulsuz təhsil və xarici tələbələrdən imtina29.12.2025 - 12:15
Prezidentin gəlini müəllifi olduğu layihəni təqdim etdi29.12.2025 - 11:55
Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər29.12.2025 - 11:30
Bəzi rayonlarda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ29.12.2025 - 11:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub29.12.2025 - 10:46
Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş keçirilib29.12.2025 - 10:30
Antidopinq universitetlərdə xüsusi fənn kimi tədris oluna bilər29.12.2025 - 10:12
BDU rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb29.12.2025 - 09:58
Qış aylarında buzlu yollarda təhlükəsizlik üçün qış təkərləri zəruridirmi?29.12.2025 - 09:46
Mütəxəssis: “ChatGPT” kimi bir sistemə sual verirsinizsə, həmin məlumatı sonradan geri almaq mümkün deyil29.12.2025 - 09:28
Bərpaçı rejissor: Tamaşada əsas obrazı şəhid övladlarının canlandırması qürurverici idi29.12.2025 - 09:17
Cari ildə paytaxtda 105 məktəbdə təmir işləri aparılıb29.12.2025 - 09:00
Daha az varlı ailələrin şagirdləri dil öyrənməyə təşviq edilməyən məktəblərə daha çox gedirlər29.12.2025 - 08:48
Kembric tədqiqatçıları evdə və hibrid işlərin effektivliyi üçün Böyük Britaniya məlumatlarının artırılmasına çağırır29.12.2025 - 08:30
Astara şəhər 2 nömrəli məktəbin şagirdi boks üzrə regional turnirdə birinci yerin qalibi olub29.12.2025 - 07:54
Astara şəhərində kibertəhlükəsizlik və onlayn oyunlara aludə olmanın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib29.12.2025 - 07:36
"Gənc Təlimçilər Məktəbi" layihəsi çərçivəsində "Konstruktiv münaqişə həlli" mövzusunda təlim təşkil olunub29.12.2025 - 07:18
Zaqatala rayonda ədəbiyyat dərslərində kollektiv mütaliə keçirilir29.12.2025 - 07:00
Bakı və bölgələrdə "Valideyn konfransları" keçirilib29.12.2025 - 06:42
29 dekabr – ASAN xidmət işçilərinin Peşə Bayramı Günüdür29.12.2025 - 06:24
Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı sərəncam imzalanıb29.12.2025 - 06:06
1999-cu il, 29 dekabr — Dövlət Neft Fondu yaradıldı29.12.2025 - 05:48
1991-ci il 29 dekabr – Azərbaycanda Müstəqillik Referendumu keçirildi29.12.2025 - 05:30
Azərbaycan rəssamı Kamil Nəcəfzadənin anadan olmasının 96-cı ildönümüdür29.12.2025 - 05:12