“Azərbaycanda təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yeni islahatlara başlanılması planlaşdırılır. Bu istiqamətdə həm orta, həm də ali təhsil müəssisələrində yeniliklərin tətbiqi nəzərdə tutulur”
Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı “Tehsil365”ə açıqlamasında bildirib ki, müasir dövrdə təhsil yalnız nəzəri biliklərlə kifayətlənməməlidir:
“Bugünkü tələbələr daha çox praktik biliklərə və tənqidi düşünmə bacarığına sahib olmalıdırlar. Bu baxımdan, dərs proqramlarının yenilənməsi və interaktiv tədris metodlarının tətbiqi çox vacibdir.”
Mütəxəsissin fikrincə, rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası tələbələrin dərslərə marağını artırmaqla yanaşı, onların gələcək peşə həyatına daha yaxşı hazırlaşmasına kömək edəcək.
Qeyd edək ki, yaxın vaxtlarda bu sahədə yeni layihələrin təqdim olunacağı və pilot proqramların tətbiqinə başlanılacağı gözlənilir.

