Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera Mərkəzinin dəstəyi ilə "Professional özünütəqdimetmə və karyera bacarıqları” adlı iki layihə uğurla həyata keçirilib. Layihə ADPU-nun Şəki filialının tələbəsi, eyni zamanda nitq və şəxsi inkişaf üzrə təlimçi Arzu Şahvələdova tərəfindən icra olunub.
“Tehsil365“ bu barədə xəbər verir ki,
Təlimlərdə tələbələrdə özünü professional şəkildə təqdimetmə, effektiv ünsiyyət, nitq və diksiya, karyera planlaması və işgüzar bacarıqlar inkişaf etdirilib, əmək bazarına və sosial mühitə daha hazırlıqlı olmaları üçün onlara praktiki biliklər aşılanıb. Təlimlər nəticəsində tələbələr nəzəri biliklərlə yanaşı, müxtəlif sahələr üzrə onlayn təlimlərə də qoşulublar.
Tələbələr təlimlərdə psixologiya, pedaqogika, insan resursları və təlimçilik, qrafik dizayn və biznesin idarə olunması sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Ümumilikdə layihə tələbələrin şəxsi və peşəkar inkişafına, onların gələcək karyera planlamasına dəstək vermək məqsədi daşıyır.

