Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimi Gülgün Novruzovanın elmi məqaləsi geniş indeksli və beynəlxalq səviyyədə tanınan “Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft” jurnalında dərc olunub.
“Tehsil365“ xəbər verir:
“Modern pedagogical technologies in the formation of speech skills in foreign language teaching” adlı məqalədə xarici dil tədrisində nitq bacarıqlarının formalaşdırılmasında müasir pedaqoji texnologiyaların tətbiqi, onların effektivliyi və tədris prosesinə verdiyi töhfələr elmi-nəzəri baxımdan təhlil edilib.
Qeyd edək ki, sözügedən jurnal beynəlxalq elmi bazalarda indeksləşən və müxtəlif ölkələrdən olan tədqiqatçıların məqalələrinin dərc olunduğu nüfuzlu elmi nəşrlərdən biridir.
Gülgün Novruzovanı bu uğuru münasibətilə təbrik edir, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
Məqalə ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür:

