1922-ci ilin 30 dekabrında Sovetlər İttifaqının yaradılması ilə bağlı keçirilmiş I Ümumittifaq Sovetlər Qurultayında görkəmli dövlət xadimi, Azərbaycanın tanınmış siyasi və ictimai xadimi Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri seçilmişdir.
"Tehsil365" xəbər verir ki, Nəriman Nərimanov bu vəzifəyə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasını (ZSFSR) təmsil edərək seçilib. Bu hadisə, həm Azərbaycanın, həm də bütövlükdə Zaqafqaziya bölgəsinin ittifaq miqyasında təmsilçiliyinin mühüm göstəricisi kimi tarixə düşüb.
Nərimanovun SSRİ rəhbərliyində yer alması onun siyasi nüfuzunun və çoxşaxəli fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan tarixində də önəmli dönüş nöqtələrindən biri hesab olunur.

