1989-cu ilin 30 dekabrında Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə rəsmi şəkildə bərpa olundu.
"Tehsil365" xəbər verir ki,Sovet dövründə "Kirovabad" adlandırılan şəhər yenidən öz tarixi adına – Gəncəyə qovuşdu.
Bu addım xalqın milli kimliyinə və tarixi yaddaşına hörmətin nümunəsi kimi qiymətləndirildi. Gəncə adı əsrlərlə Azərbaycan mədəniyyətində, ədəbiyyatında və tarixində mühüm yer tutmuşdur. Şəhərin adının bərpası ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı və milli-mədəni irsin qorunması baxımından mühüm hadisə kimi tarixə düşdü.
Qeyd edək ki, Gəncə XIX əsrin sonlarından etibarən dəfələrlə ad dəyişikliyinə məruz qalmış, lakin xalq arasında hər zaman "Gəncə" olaraq xatırlanmışdır. 1989-cu ildə tarixi ədalət bərpa olundu.

