Böyük Britaniyanın mühasibat uçotu üzrə aparıcı orqanı — ACCA (Association of Chartered Certified Accountants) süni intellektdən sui-istifadə hallarının artması səbəbindən distant imtahanların keçirilməsinə məhdudiyyət tətbiq edəcək.
"Tehsil365" xəbər verir ki, Qurumun yaydığı açıqlamaya əsasən, gələcək qiymətləndirmə proseslərində namizədlər, istisna hallar istisna olmaqla, şəxsən imtahanda iştirak etməli olacaqlar. Bu qərar süni intellekt alətlərindən istifadə etməklə edilən fırıldaqçılığın qarşısını almaq və imtahanların şəffaflığını təmin etmək məqsədi daşıyır.
ACCA rəhbərliyi bildirir ki, distant imtahanlar zamanı texnologiyalardan qeyri-qanuni istifadə tendensiyası artmaqdadır və bu da təhsildə obyektivliyə və peşə etikasına ciddi təhdid yaradır. Yeni yanaşma imtahan təhlükəsizliyinin gücləndirilməsi və namizədlərin biliklərinin real şəkildə qiymətləndirilməsi üçün vacib addım kimi qiymətləndirilir.

