Təhsil 365 - Logo Mobile

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi başa çatıb

7230.12.2025 - 11:16
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi başa çatıb

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Şabran rayonunda keçirilən VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə yekun vurulub.

Tehsil365” xəbər verir ki, düşərgənin bağlanış mərasimi yüksək əhval-ruhiyyə və mənəvi dəyərlərlə yadda qalıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru Əkrəm Abdullayev bu cür düşərgələrin gənclər arasında qarşılıqlı ünsiyyətin genişlənməsinə və milli dəyərlərin beynəlxalq müstəvidə davamlı şəkildə ötürülməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova düşərgənin şəhid övladlarının sosial adaptasiyası, özünəinamının artırılması və sağlam mühitdə inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Layihənin ideya müəllifi, Azərbaycanın İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov “Qardaşlaşmış Qarabağ Məktəbləri” təşəbbüsünün əsas məqsədinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı uşaqları ortaq milli yaddaş və dəyərlər ətrafında birləşdirmək olduğunu bildirərək, artıq ardıcıl bir neçə ildir ki, layihənin müxtəlif ölkələrdə yaşayan diaspor üzvlərimizin iştirakı ilə uğurla həyata keçirildiyini qeyd edib.

Tədbirdə qonaq qismində çıxış edən millət vəkili Mehriban Vəliyeva bu cür düşərgələrin xaricdə yaşayan azərbaycanlı uşaqlarla şəhid övladları arasında mənəvi bağların möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq, gənc nəslin milli kimlik, vətənpərvərlik və birgəlik ruhunda yetişməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.

Azərbaycanın Xalq artisti, professor, tanınmış dirijor Yalçın Adıgözəlov isə çıxışında gənclərin mədəniyyət və incəsənət vasitəsilə milli dəyərlərə daha dərindən bağlanmasının əhəmiyyətindən danışıb, düşərgə iştirakçılarına gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb.

Çıxışçılar həmçinin düşərgə iştirakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara yeni ildə sağlamlıq və yüksək nailiyyətlər arzulayıblar.

Bağlanış mərasimi çərçivəsində “Star Band” qrupu tərəfindən təqdim olunan musiqili və əyləncəli proqram düşərgə iştirakçılarına unudulmaz anlar yaşadıb, tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, 23–29 dekabr 2025-ci il tarixlərində “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirlər, həmçinin Quba Soyqırımı Memorial Kompleksi, Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi kimi bölgənin tarixi və turistik məkanlarına ekskursiyalar təşkil olunub. Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

Rəşanə İsamqızı

Xəbər Lenti

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki30.12.2025 - 16:48
Pedaqoji Universitetdə DMA-nın “Kadr İndeksi” pilot layihəsi ilə bağlı görüş keçirilib30.12.2025 - 16:33
Pedaqoji Kollecdə Ombudsmanla görüş keçirilib30.12.2025 - 16:17
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub30.12.2025 - 16:00
ADNSU-da “Layihələrin idarə olunması” üzrə təlim proqramı uğurla başa çatıb30.12.2025 - 15:49
ADNSU-da “Azərbaycan üçün kemoinformatika: Məlumatlılıqdan praktik addımlara” mövzusunda seminar keçirilib30.12.2025 - 15:34
ADU nümayəndələri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər30.12.2025 - 15:19
Meteohəssas insanların nəzərinə - Növbəti iki gün maqnit qasırğası gözlənilir30.12.2025 - 15:00
Texnologiya müəllimlərinin nəzərinə: sertifikasiya mövzuları açıqlanıb30.12.2025 - 14:48
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində30.12.2025 - 14:36
Bu giləmeyvənin çayı möcüzədir30.12.2025 - 14:18
Təhsil Naziri Emin Əmrullayevin doğum günüdür30.12.2025 - 14:11
Əminağa Sadıqovun elmi adı ləğv edildi30.12.2025 - 14:00
Yazıçı Anar yubiley medalı ilə təltif edildi30.12.2025 - 13:45
Təhsil eksperti attestatla ali məktəblərə qəbuldan danışdı-Açıqlama30.12.2025 - 13:25
Azərbaycanda süni intellekt sədr müavini təyin olundu30.12.2025 - 13:10
Dərsdə əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir30.12.2025 - 12:55
Xərçəng xəstəliyində qurbağa möcüzəsi - Şişləri yox edir30.12.2025 - 12:40
Azərbaycan dili tədris dilidir, yoxsa Dövlət dili? 30.12.2025 - 12:24
Rektor əvəzinin elmi adı ləğv edildi - AMEA-nın müxbir üzvüdür30.12.2025 - 12:12
Son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb30.12.2025 - 12:00
DİM sədrindən bayram təbriki30.12.2025 - 11:44
17 yaşlı yeniyetmədə nadir tibbi hal qeydə alınıb 30.12.2025 - 11:31
Qiyabi təhsildə plan yerləri azalıb30.12.2025 - 11:01
115 əcnəbi Azərbaycanda təhsil hüququ qazanıb30.12.2025 - 10:46
TTKF yarandığı gündən 70 mindən çox tələbəyə dəstək verib30.12.2025 - 10:30
Cari ildə şagirdlərimiz RFO-dan 95 qızıl medal qazanıb30.12.2025 - 10:14
Amazon meşələri görünməmiş iqlim şəraitinə daxil olur30.12.2025 - 09:59
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir30.12.2025 - 09:45
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:36
Bu il 18 məktəb tikilib, 760 məktəbdə təmir işləri aparılıb30.12.2025 - 09:29
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:14
“Dəlixana” – Yuxulardan doğan psixoloji romanın müəllifi Günay Hacıyeva ilə reportaj 30.12.2025 - 08:59
Associated Press-dən “Əgər Qaçırmısınızsa” Siyahısı bəlli olub30.12.2025 - 08:46
Serbiyada etirazçı tələbələrdən Vuçiç əleyhinə çağırış edib 30.12.2025 - 08:33
Tələbə krediti borcalanları iflas zamanı daha çox uğur qazanmağa başlayır30.12.2025 - 08:20
Alabamada yeni siyasi xəritələrin qeyri-adi mənbəyi: 19 yaşlı kollec tələbəsi30.12.2025 - 08:07
Kentukkidə böyük münsiflər heyəti şagirdi öldürən valideyni ittiham etməkdən imtina etdi30.12.2025 - 07:54
Florida ştatının yeni kollecində sürətli dəyişikliklər: DeSantis qubernatorluğu altında əsaslı təmir30.12.2025 - 07:41
Uşaq Baxıcıları arasında Qida Təhlükəsizliyi Problemi Artmaqdadır30.12.2025 - 07:28
2025-ci il təhsil sahəsində böyük dəyişikliklər ili oldu30.12.2025 - 07:15
Rəssam-akademik əməkdaşlığı “gözlənilməz sehrə” aparır30.12.2025 - 07:02
Melburn Universitetinin vitse-kansleri Emma Conston vəfat edib30.12.2025 - 06:49
Valideynlər 2025-ci ildə uşaqları oxumağa necə həvəsləndirirlər?30.12.2025 - 06:36
Böyük Britaniyada distant imtahanlara süni intellekt səbəbilə məhdudiyyət qoyulur30.12.2025 - 06:23
Gülhanə Hərbi Tibb Məktəbi fəaliyyətə başlamışdır30.12.2025 - 06:10
1989-cu il — Gəncə şəhərinin tarixi adı bərpa olundu30.12.2025 - 05:57