Təhsil 365 - Logo Mobile

Azərbaycan dili tədris dilidir, yoxsa Dövlət dili?

8530.12.2025 - 12:24
Azərbaycan dili tədris dilidir, yoxsa Dövlət dili?

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər təkcə yubiley nitqi deyil, eyni zamanda dil siyasəti ilə bağlı ciddi bir strateji mesaj idi. Prezidentin “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir” fikri dil məsələsinin mədəni yox, milli təhlükəsizlik müstəvisində dəyərləndirilməsinin vacibliyini bir daha ortaya qoydu.

Tehsil365” xəbər verir ki, Daha mühüm məqam isə dövlət başçısının Azərbaycan dilinin saflığı ilə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi oldu: “Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur.”

Bu çağırışdan sonra müxtəlif qurumlarda müzakirələrin başlanması təqdirəlayiqdir. Bu məsələdə istərdim ki, təhsil sistemimizdə kök salmış yanaşmaların dəyişdirilməsinin vacibliyini qeyd edim.

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqram və dərsliklərdə Azərbaycan dili iki fərqli ad altında təqdim olunur: Tədris dili və Dövlət dili. Halbuki hər iki anlayış eyni dili – Azərbaycan dilini ifadə edir. Sadəcə, tədris başqa dillərdə aparılan bölmələrdə bu fənn “Dövlət dili” adlandırılır.

Bu yanaşma zahirən texniki görünə bilər, lakin mahiyyət etibarilə psixoloji və ideoloji mesaj daşıyır: dil sanki “əsas” və “ikinci” statuslara bölünür. “Dövlət dili” ifadəsi dərslik prizmasından baxıldıqda Azərbaycan dilini faktiki olaraq ikinci dil mövqeyinə salır. Bu isə Azərbaycan dilinə verdiyimiz strateji statusla ziddiyyət təşkil edir.

Təklifim isə sadə dillə budur: “Tədris dili” və “Dövlət dili” bölgüsü ləğv edilməli, bütün bölmələrdə fənnin adı yalnız “Azərbaycan dili” (dövlət dili) kimi olmalıdır.

Saat fərqi - bərabərsizliyin institusionallaşması da vacib məqamlardandır.

Məsələnin daha ciddi tərəfi isə tədris saatları ilə bağlıdır. Azərbaycan bölmələrində ibtidai siniflərdə Azərbaycan dili həftədə 8-10 saat tədris olunduğu halda, rus və ingilis bölmələrində bu göstərici 2 saatla məhdudlaşır. Bu, sadəcə metodiki fərq deyil, dilin funksional imkanlarının şagirdlər arasında qeyri-bərabər bölüşdürülməsidir. Düzdür, burda hökmən qeyd etməliyik ki, son zamanlar Elm və Təhsil Nazirliyi bu sahədə çox ciddi addımlar atıb, yuxarı siniflərdə Azərbaycan tarixi, Hərbi hazırlıq, Zəfər tarixi kimi fənlərin bütün bölmələrdə Azərbaycan dilində tədris edilməsi qərarını verib və hər birimiz tərəfindən də alqışlanıb.

Təsəvvür edin: eyni ailədə böyüyən iki uşaqdan biri Azərbaycan bölməsində oxuduğu üçün dili bütün üslubları ilə öyrənir, digəri isə ingilis bölməsində oxuduğuna görə Azərbaycan dilini yalnız elementar səviyyədə mənimsəyir. Bu, artıq fərdi seçim deyil, dövlət dili ilə bağlı sistemli boşluqdur.

Müəllimlər yaxşı bilirlər ki, 2–3 saatla dili nə akademik, nə rəsmi-işgüzar, nə də bədii üslubda öyrətmək mümkündür. Evdə danışılan dil isə ən yaxşı halda məişət üslubu ilə məhdudlaşır. Halbuki dilin elmi, hüquqi, publisistik və estetik qatları yalnız məktəb mühitində formalaşır.

Son vaxtlar xarici təcrübədn misal çəkəndə cəmiyyətimizdə xoş qarşılanmasa da, nə edək ki, biz bir dünyada yaşayırıq, bəzən beynəlxalq təcrübə ilə də tanış olmalıyıq.

Bir az araşdıranda görürük ki, bu məsələdə bir çox ölkələr açıq və prinsipial mövqe ortaya qoyur:

Fransa: Hansı dildə təhsil almasına baxmayaraq, bütün şagirdlər üçün fransız dili eyni həcmdə və eyni proqramla tədris olunur. Fransız dili yalnız “dövlət dili” deyil, respublika dəyəri kimi qorunur. • Finlandiya: İsveç və fin dillərində təhsil alan məktəblərdə dövlət dilləri bərabər saatla və yüksək akademik səviyyədə tədris edilir.

İsrail: Tədris dili ivrit olmayan məktəblərdə belə ivrit dili əsas və genişhəcmli fənn kimi qorunur, çünki dil milli birliyin əsas sütunu hesab olunur.

Türkiyə: Tədris dilinin hansı dil olmasından asılı olmayaraq, MEB qərarı ilə təsdiqlənmiş bütün proqram türkcə tədris edilməldir, nəinki sadəcə türk dili.

Bu ölkələrdə dil məsələsi seçim azadlığı ilə deyil, milli konsensusla tənzimlənir.

Azərbaycanda bu fərqləndirmə sovet dövrünün rus bölməsi praktikasından miras qalıb. Bu gün isə həmin boşluğu sürətlə ingilis bölmələri doldurur. Problem ingilis dilinin öyrədilməsində deyil - problem Azərbaycan dilinin zəiflədilməsi bahasına çoxdillilik yaratmaq cəhdindədir. Bu isə uzunmüddətli perspektivdə milli dil şüuruna ciddi zərbə vurur.

Dil siyasətində yarımçıq qərarların zamanı bitib. Bunu isə bizə Böyük Zəfərimizin memarı Cənab Ali baş komandan deyir, ona görə də düşünürəm ki, gecikmədən qərar almalıyıq.

1. Bütün bölmələrdə fənnin adının qarşısında yalnız “Azərbaycan dili” yazılmalı, tədris və ya dövlət dili ifadələri sadəcə Dövlət dili ilə əvəz edilməldir;

2. Tədris dili fərq qoyulmadan Azərbaycan dili bütün məktəblərdə eyni saatla, tədris edilməlidir;

3. Birinci siniflərdən başlayaraq vahid Azərbaycan dili proqramı və dərsliyi tətbiq olunmalıdır;

4. Digər xalqların ana dillərində təhsil hüququ əvvəlki kimi qorunmalı, lakin bu, dövlət dilinin zəiflədilməsi hesabına olmamalıdır.

Bu addım həm də dövlət büdcəsinə xeyli miqdarda qənaət etmiş olar. Çünki iki ayrı dərslik yazılıb, nəşr edilməz. Azərbaycan dili müəllimləri də iki bölmənin müəllimi kimi bölgüləndirilməz.

Azərbaycan dili bizim hamımızın ortaq evidir. O evin divarlarını bölmələrə görə nazik və ya qalın etmək isə gələcəyimizi riskə atmaq deməkdir.

Amidə Zeynalova

Xəbər Lenti

Deputat universitetdə dərs deməyə başladı30.12.2025 - 19:00
Bakıda ağaclıq sahədə baş verən yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb30.12.2025 - 18:47
BDYPİ bayram günlərində sürücüləri diqqətli olmağa çağırır30.12.2025 - 18:35
Azərkosmosun dəstəyi ilə keçirilən I Milli Kosmik Hakatonda Milli Aviasiya Akademiyasının tələbələri uğurlu nəticələr əldə ediblər30.12.2025 - 18:28
“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı30.12.2025 - 18:10
BDU-da “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzusunda dəyirmi masa30.12.2025 - 17:58
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub30.12.2025 - 17:48
Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı qərar verildi30.12.2025 - 17:34
BDU-da “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş30.12.2025 - 17:19
BDU-da “Liderlik məktəbi” layihəsinin yekun görüşü30.12.2025 - 17:00
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki30.12.2025 - 16:48
Pedaqoji Universitetdə DMA-nın “Kadr İndeksi” pilot layihəsi ilə bağlı görüş keçirilib30.12.2025 - 16:33
Pedaqoji Kollecdə Ombudsmanla görüş keçirilib30.12.2025 - 16:17
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub30.12.2025 - 16:00
ADNSU-da “Layihələrin idarə olunması” üzrə təlim proqramı uğurla başa çatıb30.12.2025 - 15:49
ADNSU-da “Azərbaycan üçün kemoinformatika: Məlumatlılıqdan praktik addımlara” mövzusunda seminar keçirilib30.12.2025 - 15:34
ADU nümayəndələri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər30.12.2025 - 15:19
Meteohəssas insanların nəzərinə - Növbəti iki gün maqnit qasırğası gözlənilir30.12.2025 - 15:00
Texnologiya müəllimlərinin nəzərinə: sertifikasiya mövzuları açıqlanıb30.12.2025 - 14:48
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində30.12.2025 - 14:36
Bu giləmeyvənin çayı möcüzədir30.12.2025 - 14:18
Təhsil Naziri Emin Əmrullayevin doğum günüdür30.12.2025 - 14:11
Əminağa Sadıqovun elmi adı ləğv edildi30.12.2025 - 14:00
Yazıçı Anar yubiley medalı ilə təltif edildi30.12.2025 - 13:45
Təhsil eksperti attestatla ali məktəblərə qəbuldan danışdı-Açıqlama30.12.2025 - 13:25
Azərbaycanda süni intellekt sədr müavini təyin olundu30.12.2025 - 13:10
Dərsdə əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir30.12.2025 - 12:55
Xərçəng xəstəliyində qurbağa möcüzəsi - Şişləri yox edir30.12.2025 - 12:40
Rektor əvəzinin elmi adı ləğv edildi - AMEA-nın müxbir üzvüdür30.12.2025 - 12:12
Son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb30.12.2025 - 12:00
DİM sədrindən bayram təbriki30.12.2025 - 11:44
17 yaşlı yeniyetmədə nadir tibbi hal qeydə alınıb 30.12.2025 - 11:31
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi başa çatıb30.12.2025 - 11:16
Qiyabi təhsildə plan yerləri azalıb30.12.2025 - 11:01
115 əcnəbi Azərbaycanda təhsil hüququ qazanıb30.12.2025 - 10:46
TTKF yarandığı gündən 70 mindən çox tələbəyə dəstək verib30.12.2025 - 10:30
Cari ildə şagirdlərimiz RFO-dan 95 qızıl medal qazanıb30.12.2025 - 10:14
Amazon meşələri görünməmiş iqlim şəraitinə daxil olur30.12.2025 - 09:59
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir30.12.2025 - 09:45
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:36
Bu il 18 məktəb tikilib, 760 məktəbdə təmir işləri aparılıb30.12.2025 - 09:29
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:14
“Dəlixana” – Yuxulardan doğan psixoloji romanın müəllifi Günay Hacıyeva ilə reportaj 30.12.2025 - 08:59
Associated Press-dən “Əgər Qaçırmısınızsa” Siyahısı bəlli olub30.12.2025 - 08:46
Serbiyada etirazçı tələbələrdən Vuçiç əleyhinə çağırış edib 30.12.2025 - 08:33
Tələbə krediti borcalanları iflas zamanı daha çox uğur qazanmağa başlayır30.12.2025 - 08:20
Alabamada yeni siyasi xəritələrin qeyri-adi mənbəyi: 19 yaşlı kollec tələbəsi30.12.2025 - 08:07