Təhsil 365 - Logo Mobile

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində

11430.12.2025 - 14:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Tehsil365” “Qafqazinfo”ya istinadən xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan “Naxış və siluet” adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb.

Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin “Faiq Əhməd: 2011–2024-cü illər” adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir.

Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır. O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.

Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.

Leyla Əliyevanın bu mədəniyyət ocağını ziyarət etməsi Azərbaycan Milli Xalça Muzeyinin milli xalça sənətinin qorunması, öyrənilməsi və təbliğində, eləcə də tarixi irsi müasir bədii proseslərlə birləşdirən bir mərkəz kimi mühüm rolunu nümayiş etdirir.

Amidə Zeynalova

Xəbər Lenti

Deputat universitetdə dərs deməyə başladı30.12.2025 - 19:00
Bakıda ağaclıq sahədə baş verən yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb30.12.2025 - 18:47
BDYPİ bayram günlərində sürücüləri diqqətli olmağa çağırır30.12.2025 - 18:35
Azərkosmosun dəstəyi ilə keçirilən I Milli Kosmik Hakatonda Milli Aviasiya Akademiyasının tələbələri uğurlu nəticələr əldə ediblər30.12.2025 - 18:28
“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı30.12.2025 - 18:10
BDU-da “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzusunda dəyirmi masa30.12.2025 - 17:58
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub30.12.2025 - 17:48
Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı qərar verildi30.12.2025 - 17:34
BDU-da “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş30.12.2025 - 17:19
BDU-da “Liderlik məktəbi” layihəsinin yekun görüşü30.12.2025 - 17:00
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki30.12.2025 - 16:48
Pedaqoji Universitetdə DMA-nın “Kadr İndeksi” pilot layihəsi ilə bağlı görüş keçirilib30.12.2025 - 16:33
Pedaqoji Kollecdə Ombudsmanla görüş keçirilib30.12.2025 - 16:17
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub30.12.2025 - 16:00
ADNSU-da “Layihələrin idarə olunması” üzrə təlim proqramı uğurla başa çatıb30.12.2025 - 15:49
ADNSU-da “Azərbaycan üçün kemoinformatika: Məlumatlılıqdan praktik addımlara” mövzusunda seminar keçirilib30.12.2025 - 15:34
ADU nümayəndələri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər30.12.2025 - 15:19
Meteohəssas insanların nəzərinə - Növbəti iki gün maqnit qasırğası gözlənilir30.12.2025 - 15:00
Texnologiya müəllimlərinin nəzərinə: sertifikasiya mövzuları açıqlanıb30.12.2025 - 14:48
Bu giləmeyvənin çayı möcüzədir30.12.2025 - 14:18
Təhsil Naziri Emin Əmrullayevin doğum günüdür30.12.2025 - 14:11
Əminağa Sadıqovun elmi adı ləğv edildi30.12.2025 - 14:00
Yazıçı Anar yubiley medalı ilə təltif edildi30.12.2025 - 13:45
Təhsil eksperti attestatla ali məktəblərə qəbuldan danışdı-Açıqlama30.12.2025 - 13:25
Azərbaycanda süni intellekt sədr müavini təyin olundu30.12.2025 - 13:10
Dərsdə əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir30.12.2025 - 12:55
Xərçəng xəstəliyində qurbağa möcüzəsi - Şişləri yox edir30.12.2025 - 12:40
Azərbaycan dili tədris dilidir, yoxsa Dövlət dili? 30.12.2025 - 12:24
Rektor əvəzinin elmi adı ləğv edildi - AMEA-nın müxbir üzvüdür30.12.2025 - 12:12
Son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb30.12.2025 - 12:00
DİM sədrindən bayram təbriki30.12.2025 - 11:44
17 yaşlı yeniyetmədə nadir tibbi hal qeydə alınıb 30.12.2025 - 11:31
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi başa çatıb30.12.2025 - 11:16
Qiyabi təhsildə plan yerləri azalıb30.12.2025 - 11:01
115 əcnəbi Azərbaycanda təhsil hüququ qazanıb30.12.2025 - 10:46
TTKF yarandığı gündən 70 mindən çox tələbəyə dəstək verib30.12.2025 - 10:30
Cari ildə şagirdlərimiz RFO-dan 95 qızıl medal qazanıb30.12.2025 - 10:14
Amazon meşələri görünməmiş iqlim şəraitinə daxil olur30.12.2025 - 09:59
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir30.12.2025 - 09:45
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:36
Bu il 18 məktəb tikilib, 760 məktəbdə təmir işləri aparılıb30.12.2025 - 09:29
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:14
“Dəlixana” – Yuxulardan doğan psixoloji romanın müəllifi Günay Hacıyeva ilə reportaj 30.12.2025 - 08:59
Associated Press-dən “Əgər Qaçırmısınızsa” Siyahısı bəlli olub30.12.2025 - 08:46
Serbiyada etirazçı tələbələrdən Vuçiç əleyhinə çağırış edib 30.12.2025 - 08:33
Tələbə krediti borcalanları iflas zamanı daha çox uğur qazanmağa başlayır30.12.2025 - 08:20
Alabamada yeni siyasi xəritələrin qeyri-adi mənbəyi: 19 yaşlı kollec tələbəsi30.12.2025 - 08:07