Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin kafedra müdirləri fakültənin məzunu, 44 günlük Vətən müharibəsinin şəhidi Elvin Bayramovun ailəsini ziyarət ediblər.
“Tehsil365“ xəbər verir ki,
Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla anılıb, ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdə Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdəgül Əliyeva, Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Aidə Yusifzadə, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri, dosent Ədilə Abdiyeva, həmçinin kafedranın professoru Şəfəq Abfullayeva iştirak ediblər.
Qeyd edək ki, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi şəhid Elvin Bayramovun ailəsini hamiliyə götürüb və fakültənin müəllim-tələbə heyəti tərəfindən şəhidin ailəsi və məzarı vaxtaşırı ziyarət olunur.

