Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 32 tələbəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə “Holberton School Azerbaijan” tərəfindən təqdim edilən təqaüd proqramının qalibi olublar.
“Tehsil365“ xəbər verir ki,
“Holberton School Azerbaijan” tərəfindən təqdimolunan 100% təqaüd proqramı çərçivəsində Kibertəhlükəsizlik (Cyber Security), Kompüter Elmləri (Computer Science), Full-Stack Web Development vəMachine Learning ixtisas proqramları üzrə qalib seçilmişdir.
Proqram çərçivəsində iştirakçılar müasir İT bilik vəbacarıqlarına yiyələnərək praktikaya əsaslanan tədrisimkanlarından faydalanacaqlar.
Qeyd edək ki, “Holberton School Azerbaijan”ın təqaüd proqramı ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu cür beynəlxalq standartlara uyğun təşəbbüslər gənclərin rəqabət qabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.

