Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun psixoloqu Natəvan Həsənzadənin təşkilatçılığı ilə “Liderlik məktəbi” layihəsi çərçivəsində tələbələrlə yekun görüş keçirilib.
“Tehsil365“ xəbər verir ki,
Yekun təlim layihə müddətində əldə olunan bilik və bacarıqların ümumiləşdirilməsi məqsədi daşıyıb. Görüş zamanı layihə ərzində qazanılan təcrübələr bölüşülüb, görülən işlərin nəticələri müzakirə olunub və gələcək inkişaf istiqamətləri ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, “Liderlik məktəbi” layihəsi tələbələrə liderlik bacarıqlarını möhkəmləndirmək, komanda ilə işləmə, ünsiyyət və qərarvermə qabiliyyətlərini inkişaf etdirmək imkanı yaradıb. Layihə çərçivəsində iştirakçılar öz potensiallarını daha dərindən dərk edib, gələcək təhsil və karyera həyatlarında tətbiq edə biləcəkləri praktik bilik və bacarıqlar əldə ediblər.
Təlimin sonunda layihə müddətində yüksək nəticə göstərən və fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub.

