Təhsil 365 - Logo Mobile

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

8430.12.2025 - 17:48
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365“ xəbər verir ki,

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev dünyada yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd etdiyini, bu bayramın xüsusilə böyük Zəfərimizdən sonra daha geniş, daha təmtəraqla keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir: “Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən - 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarının birliyini möhkəmləndirməyin zəruriliyini düşünərək, dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Dünya azərbaycanlılarının həmrəyliyi və təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birlik və həmrəyliyinin təmin olunması məqsədilə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncam əsasında 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Daha sonra 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfələr verdi. Bu qurultaylar Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqləyir”.

Rektor bu bayramın dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını deyib: “44 günlük Vətən müharibəsi ölkəmizdə formalaşmış milli ideologiyanın, milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin və ümumxalq həmrəyliyinin bariz təzahürü oldu. Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək həmrəylik ruhu mühüm rol oynadı. Bütün dünya azərbaycanlılarının qəlbi qüdrətli dövlətimizlə, milli birliyimizlə, həmrəyliyimizlə döyünür. Yeni il dövlətimizə, xalqımıza, hər bir azərbaycanlıya yeni-yeni uğurlar gətirsin!”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, mənəvi yükünün böyük olduğunu qeyd edib. Bildirib ki, dünyanın hər yerində soydaşlarımızı vahid milli maraqlar birləşdirir: “50 milyondan artıq azərbaycanlı bu adı ləyaqətlə təmsil edir. Bizi azərbaycanlı edən dəyərlər sistemini daha dərindən öyrənməli və təbliğ etməliyik. İnformasiya müharibəsində hər bir azərbaycanlı Azərbaycanın həqiqətlərini, postmüharibə dövrünün reallıqlarını çatdırmalıdır”.

BDU-nun Mədəni İrsi Araşdırmalar Mərkəzinin direktoru Musa İsmayılov, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Asəf Hacıyev çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının milli kimliyinin inkişafındakı önəmindən bəhs ediblər.

Daha sonra BDU-nun əcnəbi tələbələrinin təbrik videosu nümayiş etdirilib.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Alsu İsmayılova

Xəbər Lenti

"Tehsil365"in 2025 hesabatı30.12.2025 - 20:00
Deputat universitetdə dərs deməyə başladı30.12.2025 - 19:00
Bakıda ağaclıq sahədə baş verən yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb30.12.2025 - 18:47
BDYPİ bayram günlərində sürücüləri diqqətli olmağa çağırır30.12.2025 - 18:35
Azərkosmosun dəstəyi ilə keçirilən I Milli Kosmik Hakatonda Milli Aviasiya Akademiyasının tələbələri uğurlu nəticələr əldə ediblər30.12.2025 - 18:28
“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı30.12.2025 - 18:10
BDU-da “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzusunda dəyirmi masa30.12.2025 - 17:58
Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı qərar verildi30.12.2025 - 17:34
BDU-da “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş30.12.2025 - 17:19
BDU-da “Liderlik məktəbi” layihəsinin yekun görüşü30.12.2025 - 17:00
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki30.12.2025 - 16:48
Pedaqoji Universitetdə DMA-nın “Kadr İndeksi” pilot layihəsi ilə bağlı görüş keçirilib30.12.2025 - 16:33
Pedaqoji Kollecdə Ombudsmanla görüş keçirilib30.12.2025 - 16:17
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub30.12.2025 - 16:00
ADNSU-da “Layihələrin idarə olunması” üzrə təlim proqramı uğurla başa çatıb30.12.2025 - 15:49
ADNSU-da “Azərbaycan üçün kemoinformatika: Məlumatlılıqdan praktik addımlara” mövzusunda seminar keçirilib30.12.2025 - 15:34
ADU nümayəndələri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər30.12.2025 - 15:19
Meteohəssas insanların nəzərinə - Növbəti iki gün maqnit qasırğası gözlənilir30.12.2025 - 15:00
Texnologiya müəllimlərinin nəzərinə: sertifikasiya mövzuları açıqlanıb30.12.2025 - 14:48
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində30.12.2025 - 14:36
Bu giləmeyvənin çayı möcüzədir30.12.2025 - 14:18
Təhsil Naziri Emin Əmrullayevin doğum günüdür30.12.2025 - 14:11
Əminağa Sadıqovun elmi adı ləğv edildi30.12.2025 - 14:00
Yazıçı Anar yubiley medalı ilə təltif edildi30.12.2025 - 13:45
Təhsil eksperti attestatla ali məktəblərə qəbuldan danışdı-Açıqlama30.12.2025 - 13:25
Azərbaycanda süni intellekt sədr müavini təyin olundu30.12.2025 - 13:10
Dərsdə əsas diqqət şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir30.12.2025 - 12:55
Xərçəng xəstəliyində qurbağa möcüzəsi - Şişləri yox edir30.12.2025 - 12:40
Azərbaycan dili tədris dilidir, yoxsa Dövlət dili? 30.12.2025 - 12:24
Rektor əvəzinin elmi adı ləğv edildi - AMEA-nın müxbir üzvüdür30.12.2025 - 12:12
Son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb30.12.2025 - 12:00
DİM sədrindən bayram təbriki30.12.2025 - 11:44
17 yaşlı yeniyetmədə nadir tibbi hal qeydə alınıb 30.12.2025 - 11:31
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi başa çatıb30.12.2025 - 11:16
Qiyabi təhsildə plan yerləri azalıb30.12.2025 - 11:01
115 əcnəbi Azərbaycanda təhsil hüququ qazanıb30.12.2025 - 10:46
TTKF yarandığı gündən 70 mindən çox tələbəyə dəstək verib30.12.2025 - 10:30
Cari ildə şagirdlərimiz RFO-dan 95 qızıl medal qazanıb30.12.2025 - 10:14
Amazon meşələri görünməmiş iqlim şəraitinə daxil olur30.12.2025 - 09:59
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir30.12.2025 - 09:45
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:36
Bu il 18 məktəb tikilib, 760 məktəbdə təmir işləri aparılıb30.12.2025 - 09:29
1356 müəllim iş yerini dəyişdirib30.12.2025 - 09:14
“Dəlixana” – Yuxulardan doğan psixoloji romanın müəllifi Günay Hacıyeva ilə reportaj 30.12.2025 - 08:59
Associated Press-dən “Əgər Qaçırmısınızsa” Siyahısı bəlli olub30.12.2025 - 08:46
Serbiyada etirazçı tələbələrdən Vuçiç əleyhinə çağırış edib 30.12.2025 - 08:33
Tələbə krediti borcalanları iflas zamanı daha çox uğur qazanmağa başlayır30.12.2025 - 08:20