6–7 dekabr 2025-ci il tarixlərində ölkəmizdə ilk dəfə təşkil olunan “Milli Kosmik Hakaton”da Milli Aviasiya Akademiyasının 2 komandası müvafiq olaraq I və III yerlərə layiq görülərək pul mükafatı ilə təltif olunublar.
“Tehsil365” xəbər verir ki,
I yer – “Millenium” komandası
• Əzimova Xanım Oqtay qızı – Hava Nəqliyyatı fakültəsi, Aerokosmik mühəndislik ixtisası, 2131i
• Əzizova Minarə Əli qızı – Hava Nəqliyyatı fakültəsi, Aerokosmik mühəndislik ixtisası, 2131i
• Nuriyev Rail İsmayıl oğlu – Hava Nəqliyyatı fakültəsi, Aerokosmik mühəndislik ixtisası, 2131i
• Məmmədov İsmayıl Cəmil oğlu – Hava Nəqliyyatı fakültəsi, Aerokosmik mühəndislik ixtisası, 2131i
• Abdullayev Nurlan Elşən oğlu – Hava Nəqliyyatı fakültəsi, Aerokosmik mühəndislik ixtisası, 2131i
III yer – “Astryx” komandası
• Əlizadə Xədicə Elçin qızı – Aerokosmik fakültəsi, Kompüter mühəndisliyi ixtisası, 2451i
• Məmmədov Cavid Emil oğlu – Aerokosmik fakültəsi, Kompüter mühəndisliyi ixtisası, 2451i
• Novruzlu Yusif Qurban oğlu – Aerokosmik fakültəsi, Kompüter mühəndisliyi ixtisası, 2451i
Tədbirdə, həmçinin Fizika-Texnologiya fakültəsinin Mexatronika və robototexnika mühəndisliyi ixtisasının 2572i qrup tələbəsi Əzimova Fidan Oqtay qızı tədbir koordinatoru qismində iştirak edib.
Qeyd edək ki, tədbir Azərkosmosun təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SABAH.Hub və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində keçirilib.
Tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

