Bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, bu barədə BDYPİ-nin yaydığı məlumatda bildirilir. “Vətəndaşları bayram sevincini təhlükəsizliklə bir arada yaşamağa, qaydalara əməl etməyə və diqqətli olmağa çağırırıq”, - deyə məlumatda qeyd olunur.

