2025-ci il ərzində “Tehsil365” İnformasiya Agentliyi fəaliyyətini yüksək dinamika və məhsuldarlıqla davam etdirib. İl ərzində agentlik tərəfindən ümumilikdə 24 232 xəbər dərc olunub.
Agentliyin əsas fəaliyyət istiqaməti təhsil xəbərləri olmaqla yanaşı, İKT, dünya xəbərləri, sağlamlıq, şikayətlər, hərbi təhsil, məktəbəqədər təhsil, hadisələr, mədəniyyət və digər kateqoriyalar üzrə də cəmiyyət üçün aktual, vacib və operativ xəbər materiallarının hazırlanması və dərc olunması olub. Bu istiqamətlər üzrə il ərzində geniş oxucu auditoriyasına xitab edən, informativ və ictimai əhəmiyyət daşıyan xəbərlər paylaşılıb.
2025-ci ilin ən vacib və ictimai əhəmiyyət daşıyan layihələrindən biri “Şəhidin Səsi” proqramı olub. İl ərzində bu proqram çərçivəsində 59 şəhid ailəsinin evində çəkiliş aparılıb. Layihənin əsas məqsədi şəhidlərimizin xatirəsini yaşatmaq, onların ailələrinin səsini cəmiyyətə çatdırmaq və milli-mənəvi dəyərlərin təbliğinə töhfə vermək olub.
2025-ci ildə “Şəhidin Səsi” proqramı çərçivəsində çəkiliş olunan şəhidlər bunlardır:
Vüsal Məmmədov, Vüsal Babayev, İsrayıl Cəfərzadə, Hilal İmanzadə, Ayaz İmanzadə, Kamran Vəlizadə, Elnur Qədirli, Rövşən Nurzadə, Natiq Baxşəliyev, Rüfət Əhmədzadə, Elyaqa Məmmədov, Aqşin Novruzov, Zaur İsmayılzadə, Səbuhi Əsədov, Cavid Cabarzadə, Yalçın Rəhimov, Fariz Şıxəliyev, Pərviz Məmmədov, Elvin Babayev, Elxan Məmmədov, Raul Piriyev, Aslan Rzayev, Ağacavad Mütəllimzadə, Xətai Həsənov, Rəşad Abdullayev, Ayaz Xəlilov, Mirəli Mirəliyev, İlkim Babayev, Yalçın Cavadov, Məhəmməd Səbiyev, Əli Seyidov, Emrah Əkbərov, Nihad Zaxanov, Rəfail İsiyev, Kamal Qasımov, Nazim Zahirov, Zamin Rəhimov, Əli Heydərov, Saleh Əliyev, Səbuhi Sadiqov, Qələndər Əliyev, Amin Qəfərli, Həsənağa Abdullazadə, Ziyad Muradov, Xəyal Həsənov, Sahil Aslanov, Ramil Rəhimov, Şükür Həmidov, Hüseyn Nəcəfzadə, Aydın Əliyev, Elçin Həsənov, Veyis İsmayılov, İlqar Əhmədov, Hüseynağa Quliyev, Vüqar Nəcəfov, Arif Əliyev, Abbas Qasımov, Məmmədov İsrail və Həsənov Novruz.
Qeyd edilib ki, 2026-cı ilin ilk “Şəhidin Səsi” buraxılışı 3 yanvar – anım gününə həsr olunacaq.
Bununla yanaşı, 2025-ci il ərzində könüllülük proqramları da aktiv şəkildə həyata keçirilib.
1-ci könüllülük proqramı çərçivəsində Allahverdiyeva Züleyxa, Gülgəz Qasımzadə, Əliyeva Ramidə və Nərminə Eyyubova müvəffəqiyyət sertifikatı ilə təltif olunublar.
2-ci könüllülük proqramı üzrə Quliyeva Rəşanə və Fatimə Quliyeva Diplom, Şəbnəm Mirzəyeva, Türkan Kərimli, Zülfiyyə Məmmədova, Elnarə İslamova, İlhamə Nurəhmədova, Zəhra Feyzizadə və Aysu Məmmədli isə sertifikat ilə təltif olunublar.
3-cü könüllülük proqramı çərçivəsində Amidə Zeynalova, Gülbadam Cümşüdova və Abbasova Xədicə Diplom, Paşayeva Aysel, Qarayeva Səma, İsmayılova Alsu, Könül Əskərova, Nərgiz Süleymanova və Nigar Rəhimova isə sertifikat ilə mükafatlandırılıb.
Əlavə olaraq bildirilib ki, Quliyeva Rəşanə könüllülük proqramında fərqli və aktiv fəaliyyəti ilə seçildiyinə görə hazırda “Tehsil365” İnformasiya Agentliyində icraçı direktor vəzifəsində fəaliyyət göstərir.
Ümumilikdə, 2025-ci il “Tehsil365” İnformasiya Agentliyi üçün həm xəbər istehsalı, həm sosial layihələrin icrası, həm də könüllülük fəaliyyəti baxımından uğurlu və məhsuldar il kimi yadda qalıb.

