Türkiyə-Azərbaycan Universitetində tələbələrin təcrübi biliklərinin təmin edilməsi məqsədilə 9 tədris laboratoriyası, o cümlədən 1 fizika, 4 kimya, 1 mikrobiologiya və 3 kompüter laboratoriyası qurulub.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Fizika və kimya laboratoriyaları 2024-cü ildən fəaliyyət göstərir. Mikrobiologiya laboratoriyası isə 2025-ci ildən fəaliyyətə başlayıb. Növbəti ildə instrumental analiz və qida texnologiyası laboratoriyalarının da fəaliyyətə başlaması planlaşdırılır.
2025-2026-cı tədris ilində Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına 60, qida mühəndisliyi ixtisasına 12, sənaye mühəndisliyi ixtisasına 22 tələbə qəbul olunub.

