31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qarabağ Universiteti rəsmi sosial media hesablarında bayram paylaşımı edib.
“Tehsil365” xəbər verir ki, paylaşımda dünya azərbaycanlılarının həmrəyliyinin milli birlik və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb, eyni zamanda xalqımıza sülh, rifah və uğurlarla dolu yeni il arzulanıb.
Qarabağ Universiteti bayram mesajında birlik və bərabərliyin qorunmasının, milli dəyərlərin yaşadılmasının əhəmiyyətini önə çəkərək, bütün azərbaycanlıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

